2023-cü ilin yekunlarına görə Bank BTB-nin əməliyyat mənfəəti 3.3 dəfə artmışdır

2023-cü ilin yekunlarına görə Bank BTB-nin əməliyyat mənfəəti 3.3 dəfə artmışdır®Bank BTB 2023-cü il ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
2022-ci iln yekunları ilə müqayisədə bankın faiz gəlirləri 12% artaraq 2023-cü ilin sonuna 30 milyon manatdan, xalis faiz gəlirləri isə 14% artaraq 11 milyon manatdan artıq olmuşdur. Bankın xalis əməliyyat mənfəəti 3.3 dəfə artaraq 2.8 milyon manatı üstələmişdir.
Bank BTB-nin kredit portfeli il ərzində 5.7% artaraq 280 milyon manata çatmışdır. Bu artım bütün kreditləşmə istiqamətləri üzrə müşahidə olunmuşdur. Belə ki, ipoteka kreditləri 8%, istehlak kreditləri 4%, biznes kreditləri isə 2.4% artmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank BTB 2023-cü il ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 336 müştəriyə 19.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 109 müştəriyə 5.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir. 
2023-cü ilin sonuna Bankın məcmu kapitalı 51 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 20.6% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 89% təşkil edir (Mərkəzi Bankın minimum tələbi – 30%).
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp () nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes