2023-də xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üzrə 1224 fakt aşkar edilib
Ötən il 34100 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 1681-i cinayət xarakterli faktlar, 1224 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama, 33 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma üzrə, 131 digər cinayət xarakterli fakt üzrə olub.
Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Bəhruz Quliyev DGK-nın illik hesabatına həsr olunmuş kollegiya iclasında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bəhruz Quliyev əlavə edib ki, hesabat ilində ümumilikdə 640 kq 940 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, bu narkotiklərin 91%-ni daha təhlükəli ağır narkotik olan heroin təşkil edib.
"Bundan başqa, gömrük orqanları tərəfindən aşkar olunmuş 32400 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 3 milyon 660 min 700 manat cərimə tətbiq olunmuş, dəyəri 269 600 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib", - deyə sədrin birinci müavini əlavə edib.
© Azərtac / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?