2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil edib

2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil edib2024-cü ildə ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil etmişdir.
Marja xəbər verir ki, bu, İpoteka və Kredit Zəmanət Fondunun (Fond) məlumatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki. eyni zamanda, ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 mln. manat həcmində (2023-cü ildə 147 sayda 14,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.
Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.
Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb. / marja.az

Banklar     Tarix: 15 yanvar 2025

Oxşar xəbərlər

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

()  Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq. Qeyd oluna

Ölkədaxili nağdsız ödənişlərin 70 faizdən çox maliyyə xidmətlərilə bağlı olub

Ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların təsərrüfat subyektinin ticarət kodu üzrə bölgüsü açıqlanıb. . xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir. Ödəniş kartlar

Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb. -ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdə

VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək

30 aprel 2026-cı il tarixində "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da ba

"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb

"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erkən maliyyə savadlılığı üçün 15 sadə qayda

Martın 16-dan bütün dünyada, o cümlədən Azərbaycanda Qlobal Pul Həftəsi başlandı və martın 22-ə qədər davam edəcək. Qlobal Pul Həftəsi uşaqların erkən yaşlarından maliyyə ilə bağlı bilik və bacarıqlara yiyələnməsi üçün aparıla

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyasi"

Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi "Bahar kampaniyası" ilə qarşılayır. Kampaniya çərçivəsində müştərilə

"PAŞA Bank"ın səhmdarlarına mükafat ödəniləcək

Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən "PAŞA Bank" Açıq. Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 30 aprel 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiy


iqtisadi xeberler 1000 manatla biznes bitkoin almaq emlak xeberleri pul qazanmaq