2024-cü ildə ən böyük xalis mənfəət edən banklar – RENKİNQ
Azərbaycanda fəaliyyətdə olan 22 kommersiya bankı 2024-cü il üzrə mənfəət və zərər hesabatını açıqladı və hamısı xalis mənfəət əldə ediblər.
Banker.az xəbər verir ki, ümumi nəticələri bir yerdə hesabladıqda sektorun 1 milyard 73 milyon manata yaxın xalis mənfəət etdiyi məlum olub. Keçən il sektor 1 milyard 76.4 milyon manat xalis mənfəət əldə etmişdi.
Xalis mənfəət üzrə ən güclü performans ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) məxsusdur. Bank keçən ili 293.7 milyon manat xalis mənfəətlə bitirərək şəriksiz liderdir.
"PAŞA Bank" 210.5 milyon manatla ikinci, "Kapital Bank" 186.5 milyon manatla üçüncü, "Xalq Bank" 65.7 milyon manatla dördüncü, "AccessBank" isə 54.1 milyon manatla beşliyi qapadır.
Sistem əhəmiyyətli banklar ümumilikdə 807.1 milyon manat xalis mənfəət əldə edib ki, bu da ümumi sektorda 75 faiz paya sahib olmaq deməkdir.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları