"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqini bloklamışıq"

"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almışıq". 
Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank"  ASC-nin İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bildirirb. 
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
Ağarza Baxşiyev qeyd edib ki, ötən il Birbank mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib:
"Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri Birbank mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, artıq müştərilərimiz zəng zamanı özünü Kapital Bank əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər. Əgər o həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib daha sonra isə məlumat üçün bankımıza zəng ediblər"
"Kapital Bank 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb"
Baş Risk İnzibatçısı məlumat verib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart  əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb.
O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il  rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da  artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. "Kapital Bank" adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb. / marja.az

Banklar     Tarix: 23 aprel 2026

Oxşar xəbərlər

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə"

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

Azərbaycanın strateji valyuta ehtiyatları $89,4 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 30-na 89 milyard 380,7 milyon ABŞ dollarına çatıb. Bu, açıqlanan müqayisə göstəricisinə əsasən, 9,7% artım deməkdir. Ehtiyatların yüksəlməsi neftin kəskin bahalaşmas

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®

ABB kredit kartından daha səmərəli istifadə etmək, alış-verişləri rahat planlamaq və kredit limitindən maksimum faydalanmaq imkanı yaradan yeni "TamKart Max" kredit kartını müştərilərə təqdim edib. . Bu kartla alış-veri

Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bank faizleri en son xeberler