2025-ci ildə dövlətə ən böyük mənfəət vergisi hansı bank ödəyib? – RENKİNQ
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ildə dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib ki, bu, 2024-cü ildə 196.6 mln. manat idi.
Banker.az xəbər verir ki, bank sektorunun mənfəət vergisi ödənişləri bir il ərzində təxminən 120.2 mln. manat və ya 61 faizdən çox artıb.
2025-ci ildə mənfəət vergisi üzrə ilk beşlikdə "Kapital Bank" liderliyini qoruyub. Bank il ərzində 86.18 mln. manat vergi ödəyərək sektor üzrə ən böyük töhfəni verib. Onu 82.22 mln. manat ilə ABB izləyib. Üçüncü pillədə 52.79 mln. manat ödənişlə "PAŞA Bank" qərarlaşıb. Dördüncü yerdə 16.15 mln. manat ilə "Bank Respublika", beşinci yerdə isə 13.78 mln. manat məbləğində mənfəət vergisi ödəyən "Xalq Bank" yer alıb.
Mənfəət vergisi bankların maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dövlət büdcəsinə ödədiyi vergidir. Azərbaycanda banklar üçün mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir.


Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?