2026-cı ildə dövlət büdcəsindən maaşların ödənilməsi üçün 10 milyard manatdan çox xərclənəcək

2026-cı ildə dövlət büdcəsindən maaşların ödənilməsi üçün 10 milyard manatdan çox xərclənəcək2026-cı il üzrə dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş dövlət büdcəsi xərcləri ilə müqayisədə 296 milyon manat və yaxud 0,7 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz olacaq.
Bu barədə Marja.az-a Maliyyə Nazirliyindən bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cari xərclərin məbləği – 25 milyard 201,6 milyon manat
Cari xərclər hər il təkrarlanan xərclərdir. Misal üçün: əmək haqqı xərcləri və əmək haqqının ödənilməsi ilə bağlı hesablanan ayırmalar, pensiya və başqa sosial müavinətlər və ödə-nişlər, təşkilatın fəaliyyətinin təmin edilməsi üçün kommunal xidmət xərclərinin ödənilmə-si, malların satın alınması və digər xərclər
Əsaslı xərclər – 14 milyard 44,4 milyon manat
Əsaslı xərclər xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) və digər tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi ilə bağlı xərcləri əhatə edir
Dövlət borcuna xidmətlə bağlı xərclər -2 milyard 457,6 milyon manat
2026-cı il dövlət büdcəsinin xərcləri iqtisadi təsnifat üzrə aşağıdakı istiqamətləri əhatə edir:
Əməyin ödənişi xərcləri – 10 milyard 247,3 milyon manat;
Malların (işlərin və xidmətlərin) satın alınması – 7 milyard 75,8 milyon manat;
Faizlər üzrə ödənişlər – 1 milyard 380,6 milyon manat;
Subsidiyaların ödənilməsi – 1 milyard 71,4 milyon manat;
Qrantlar və digər ödənişlər – 3 milyard 308,1 milyon manat;
Sosial ödənişlər – 3 milyard 436,9 milyon manat;
Qeyri-maliyyə aktivlərinin alınması – 13 milyard 861,4 milyon manat;
Maliyyə aktivləri üzrə əməliyyatlar – 183 milyon manat;
Öhdəliklər üzrə əməliyyatlar – 1 milyard 77 milyon manat;
Dövlət icbari şəxsi sığorta xərcləri – 62,1 milyon manat.

Maliyyə     Tarix: 07 yanvar 2026

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler biznes qurmaq dollar mezenne kicik biznes bitkoin almaq