2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ
Azərbaycanda renkinqdə yer alan 21 bankın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 1 081,79 milyon manata çatıb. Bir il əvvəl bu göstərici 911,28 milyon manat olub. Banklardan 16-sının mənfəəti artıb, beşində azalıb.
ABB xalis mənfəətini illik 34,8% artıraraq 352,38 milyon manatla liderliyini qoruyub. İkinci yerdəki "Kapital Bank"ın mənfəəti 29,6% artaraq 297 milyon manata, üçüncü pillədəki "PAŞA Bank"ın mənfəəti isə 0,7% yüksələrək 133,80 milyon manata çatıb. Bu üç bankın ümumi mənfəətdə payı 72,4% təşkil edib.
"Bank Respublika" mənfəətini 16,5% artıraraq 50,29 milyon manata, "AccessBank" 27% artıraraq 45,25 milyon manata, "Bank of Baku" isə 12,6% artıraraq 27,05 milyon manata çatdırıb.
Faiz ifadəsində ən yüksək artım "Unibank"da qeydə alınıb: bankın mənfəəti 72,6% yüksələrək 26,61 milyon manat olub. "Expressbank"da artım 65,1%, "Azər Türk Bank"da 61,7%, "AFB Bank"da isə 59,3% təşkil edib.
/ banker.az

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib
"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib
"PAŞA Bank" 134 milyon manata yaxın xalis mənfəət açıqladı
"Xalq Bank"ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb
Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib
"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb
"AccessBank"ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
Biznesə aid ən yaxşı 10 kitab
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SWIFT nədir?
Startup nədir və necə olur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar