"3 milyon manatlıq borcumuzu tamamilə və vaxtında ödədik"
"FINCA Azerbaijan" Qeyri-bank kredit təşkilatı (QBKT) 2021-ci ilin dekabrında buraxılmış ilk açıq istiqrazların uğurla tam ödənildiyini elan edib.
Təşkilatın yaydığı məlumatda bildirilir ki, ödəmə müddəti başa çatan 3 milyon manat dəyərində istiqrazların tamamilə və vaxtında ödənilməsi bu maliyyə təşkilatının inkişafında yeni mühüm mərhələni əks etdirir.
"FINCA Azerbaijan" QBKT-nın Baş icraçı direktoru cənab Timoti Tarrant öz minnətdarlığını bildirərək deyib: "2021-ci ildə buraxılmış ilk açıq istiqrazımızın uğurla ödənildiyini elan etməkdən məmnunuq. Bu nailiyyət investorlarımızın bizə göstərdiyi etimadın sübutudur. Biz onların institutumuza davamlı dəstəyinə və etimadına görə minnətdarıq. Biz maliyyə bütövlüyünün və şəffaflığın ən yüksək standartlarını qorumağa sadiq qalırıq".
"FINCA Azerbaijan" Qeyri-bank kredit təşkilatı (QBKT) kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş "FINCA Azerbaijan" "FINCA Impact Finance" təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası