5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il vergiyəqədərki mənfəəti 6 milyon manatdan az olmayıb.
Bunlar, "Azpul" (78,2 milyon manat), "SF Azerbaijan" (47,2 milyon manat), "Embafinans" (9 milyon manat), "M Bulak" (7 milyon manat) və "İnternational"dır (6 milyon manat).
12 BOKT-un vergiyəqədərki mənfəəti 1-6 milyon manat arasında, 25 BOKT-un vergiyəqədərki mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında vergiyəqədərki zərərlə üzləşib.
2 BOKT – "E-Kredit" və "Forfinance" ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus "Aqrarkredit" isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 25-nin son 1 ildə vergiyəqədərki mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (12,8 dəfə), ən aşağı dinamika isə "Kredit Servis"də (2,5%) qeydə alınıb.
8 BOKT-un isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma "Finex Kredit"də (75,8%), ən az azalma isə "City Finance"da (1,8%) qeydə alınıb.
5 BOKT-da vergiyəqədərki zərər artıb. Ən yüksək dinamika "İrşad"da (34 dəfə), ən aşağı dinamika isə "Para"da (15,4%) qeydə alınıb. 1 BOKT-un "Azinvestkredit"in vergiyəqədərki zərəri dəyişməyib, 1 BOKT-un – "Azəri Star Mikromaliyyə"nin isə vergiyəqədərki zərəri 42,9% azalıb.
9 BOKT-da vergiyəqədərki zərərdən vergiyəqədərki mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların vergiyəqədərki mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?