5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb.
Bunlar "Birkredit" (88,3 milyon manat), "Para" (29,3 milyon manat), "M Bulak" (10,4 milyon manat), "Embafinans" (10 milyon manat) və "Monetri"dir (10 milyon manat).
24 BOKT-un nizamnamə kapitalı 1-10 milyon manat arasında, 22 BOKT-un nizamnamə kapitalı isə 0-1 milyon manat arasında olub.
2 BOKT – "E-Kredit" və "Forfinance" ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus "Aqrarkredit" isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 10-nun son 1 ildə nizamnamə kapitalı artıb. Ən yüksək dinamika "Caspian İnvest"də (10 dəfə), ən aşağı dinamika isə "Finans İnvest"də (12,4%) qeydə alınıb.
41 BOKT-un isə nizamnamə kapitalı dəyişməyib.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?