5 limitlə işləriniz dayanmasın - ödənişləri limitsiz qəbul edin ®

5 limitlə işləriniz dayanmasın - ödənişləri limitsiz qəbul edin ®Ölkədə etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə kartlara mədaxil əməliyyatları üzrə limitlər tətbiq edilir. Məlum olduğu kimi yeni qaydaya əsasən 1 bank kartı üzrə gün ərzində 5 dəfə, ayda isə maksimum 20 000 manat vəsaitin qəbulu nəzərdə tutulur. Birbank-ın Sahibkar və Biznes kartları isə bu limitlərdən istisnadır. Yəni, sahibkarlar gün ərzində istədikləri sayda, ay ərzində istədikləri məbləğdə vəsaiti heç bir məhdudiyyət olmadan, rahatlıqla qəbul edə bilərlər.
Beləliklə, sahibkarlar biznes və şəxsi vəsaitlərini ayrı saxlayaraq maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz formada idarə edə bilərlər. Bununla yanaşı kart sahibləri, Visa-nın sahibkarlar üçün təqdim etdiyi bir çox  üstünlükdən də yararlana bilərlər. Bura hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, xarici ölkədə 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərindən güzəştli şərtlərlə istifadə imkanı daxildir. "Google Ads", "Meta Ads", "LinkedIn Ads", "Microsoft 365" və "Google Workspace" kimi platformalarda təqdim olunan güzəştlər də sahibkarlara gündəlik rəqəmsal xərclərini azaltmağa kömək edir.
Kartları Apple Pay və Google Pay-ə əlavə edərək gündəlik ödənişlərdə də istifadə etmək olar. Bu üsulla ödəniş etdikdə Bir ekosisteminin restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində müxtəlif endirimlərdən yararlanmaq mümkündür.
Kartı Birbank Biznes mobil tətbiqindən sifariş etmək isə cəmi bir neçə saniyə vaxt alır.
Sürətli, limitsiz, təhlükəsiz köçürmələr üçün Birbank Biznes tətbiqini yükləyin:
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
/ marja.az

Banklar     Tarix: 21 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler valyuta xeberleri kripto depozit faizleri dollar manat kursu