50,3 milyard qazanılıb, 40,3 milyard xərclənib - QALIB 10 MİLYARD MANAT

50,3 milyard qazanılıb, 40,3 milyard xərclənib - QALIB 10 MİLYARD MANATOperativ məlumata əsasən 2023-cü il icmal büdcəsinin gəlirləri 50 milyard 343,6 milyon manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 7milyard 283,5 milyon manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7 milyard 246,0 milyon manat və ya 16,8 faiz çoxdur.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə itinadən xəbər verir.
İcmal büdcənin xərcləri 41 milyard 269,8 milyon manat proqnoza qarşı 956 milyon manat (2,3 faiz) az və ya 40 milyard 313,8 milyon manat təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 5 milyard 240,2 milyon manat və ya 14,9 faiz çoxdur.
İcmal büdcədə 10 milyard 29,8 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.
Qeyd edək ki, icmal büdcəyə - dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədənkənar fondlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirləri və xərcləri daxildir. 
Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 684,3 milyon manat artıq icra olunaraq 35 milyard 574,8 milyon manat təşkil etmişdir. Bu 2022-ci illə müqayisədə 4 milyard 895,2 milyon manat və ya 16 faiz çoxdur.
Operativ məlumata əsasən 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36 milyard 458,5 milyon manat icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4 milyard 393,9 milyon manat və ya 13,7 faiz çoxdur.

Maliyyə     Tarix: 23 yanvar 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri