ABA 35 illiyini qeyd edir

ABA 35 illiyini qeyd edir®Bu il Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illiyini qeyd edir. ABA ölkəmizdə bank sektorunun inkişafı, banklar arasında səmərəli əməkdaşlıq mühitinin təşkilində mühüm rol oynayır. Assosiasiyanın üzv banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər sırasına sektorun inkişafına dəstək olacaq məsələlərin müzakirəsi və bu istiqamətdə vahid mövqenin formalaşdırılmasını aid etmək olar. ABA fəaliyyəti ərzində xüsusilə də maliyyə savadlılığının artırılması, bank sektorunda rəqəmsal həllərin təşviqi kimi məsələləri diqqətdə saxlayır.
Assosiasiyanın nəzdində fəaliyyət göstərən və bu il 25 illiyini qeyd edən Bank Tədris Mərkəzi bank sektoru əməkdaşlarının peşəkar inkişafında önəmli rol oynayır. ABA təşkil etdiyi müxtəlif təlim proqramları, beynəlxalq tədbirlər və bu sahədə mövcud beynəlxalq təcrübəyə əsaslanaraq maliyyə bazarının dayanıqlı kadr potensialının formalaşmasına öz töhfəsini verir.
ASC "Xalq" Bankının İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov 35 illik münasibətilə Azərbaycan Banklar Assosiasiyasını təbrik edərək bildirir: "Azərbaycan Banklar Assosiasiyasının rəhbər heyəti və kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və gələcəkdə də səmərəli əməkdaşlığın davam etdiriləcəyinə inanıram". / banker.az

Banklar     Tarix: 09 aprel 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart