ABA prezidenti bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib - 2 MİLYARD VƏSAİT AYRILACAQ

ABA prezidenti bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib - 2 MİLYARD VƏSAİT AYRILACAQBu gün, 14 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində qlobal liderləri "Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" mövzusu ətrafında toplayıb.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, tədbir AMB-nin sədri Taleh Kazımovun açılış nitqi ilə başlayıb və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbirin II panelində çıxış edib və bank sektoru adından Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib.  
ABA prezidenti bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib - 2 MİLYARD VƏSAİT AYRILACAQBəyanat ""yaşıl" və dayanıqlı bankçılığın təşviqi", "iqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası", "ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması", "dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq", "potensialın artırılmasına və innovasiyalara dəstək" adlı müddəalardan ibarət olub.
Zakir Nuriyev ayrı-ayrılıqda hər bir müddəaya toxunaraq bəyan edib:
1. ""Yaşıl" və dayanıqlı bankçılığın təşviqi
Azərbaycanda aşağı karbonlu, dayanıqlı iqtisadiyyata töhfə verən "yaşıl" layihələrə və dayanıqlı maliyyə təşəbbüslərinə dəstəyin artıracağıq. Bura ekoloji məsuliyyətli biznes təcrübələrini təşviq etmək üçün "yaşıl" kreditlər, dayanıqlılıqla əlaqəli kreditlər və ekoloji cəhətdən təmiz investisiya imkanları kimi bank məhsullarını hazırlanması və təklif edilməsi daxildir.
2. İqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası
İqlim dəyişmələri ilə bağlı risklərin və imkanların risklərin idarə edilməsi çərçivələrimizə, kredit qərarlarımıza və strateji planlaşdırmamıza daxil edəcəyik. Bank fəaliyyətlərimizin milli və qlobal ekoloji məqsədlərə töhfə verməklə uzunmüddətli sabitliyi təmin edəcəyini bəyan edirik.
3. ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması
Güclü "Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası" qəbul etməklə bank fəaliyyətlərimizin şəffaflığının artırılması öhdəliyini götürürük. Kredit və investisiya portfellərimizin ətraf mühitə və cəmiyyətə təsirini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq müntəzəm açıqlayacağımızı bəyan edirik.
4. Dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq
Dayanıqlı iqtisadi inkişafı təşviq edən siyasət və təşəbbüsləri dəstəkləmək üçün tənzimləyicilər, siyasətçilər və digər maliyyə qurumları ilə sıx əməkdaşlıq edəcəyik. Biz bank sektorunun dayanıqlı gələcəyə töhfəsini artıran tərəfdaşlıqların qurulmasına kömək edəcəyimizi bəyan edirik.
5. Potensialın artırılmasına və innovasiyalara dəstək
Qurumlarımızda dayanıqlı maliyyə sahəsində potensialın və savadlılığın artırılmasına investisiya yatıracağıq. Biz dayanıqlı, iqlim dəyişmələrinə davamlı iqtisadiyyata keçidi dəstəkləyən bank xidmətlərində və texnologiyalarda innovasiyaları təşviq edəcəyik". 
Eyni zamanda Zakir Nuriyev çıxışda bəyanatın 6-cı müddəasından irəli gələrək qeyd edib ki, Azərbaycanın bank icması, 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və "yaşıl" layihələrin maliyyələşdirilməsinə 2 milyard manat vəsait ayıracaq. 
Qeyd edək ki, noyabrın 11-dən başlayaraq Bakı nüfuzlu beynəlxalq tədbir olan COP29-a ev sahibliyi edir.  
ABA prezidenti bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib - 2 MİLYARD VƏSAİT AYRILACAQ/ marja.az

Banklar     Tarix: 14 noyabr 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler leobank kart emlak xeberleri valyuta mezennesi rubl mezenne