ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®

ABB 12 ay faizsiz ödəniş imkanı yaradan ABB kredit kartından daha səmərəli istifadə etmək, alış-verişləri rahat planlamaq və kredit limitindən maksimum faydalanmaq imkanı yaradan yeni "TamKart Max" kredit kartını müştərilərə təqdim edib. 
Bu kartla alış-veriş zamanı ödənişləri "TAM 12" funksiyası ilə 12 ay ərzində faizsiz ödəmək mümkündür. Belə bir imkanı "TamKart Max" kredit kartı ilə ölkəmizdə ilk dəfə məhz ABB yaradıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ona görə də klassik kredit kartlarından fərqli olaraq "TamKart Max"-la bütün əməliyyatlar, o cümlədən alış-verişlər daha çevik və sərfəli şərtlərlə aparılır.
Kart sahibləri bütün əməliyyatlarda 60 günədək güzəşt müddətindən yararlana və "Taksitə Çevir" funksiyası ilə məbləği 24 ayadək taksitə bölə bilərlər.
"TamKart Max"ın əsas üstünlüklərindən biri də müştərilərə ödənişlərini daha sərbəst idarə etmək imkanı verməsidir. Belə ki, kart sahibi istənilən partnyor mağazalardakı alış-verişlərində taksit müddətini ABB mobile tətbiqi vasitəsilə 24 ayadək artırmaq imkanına malikdir. "TamKart Max" müştəriləri vaxtından əvvəl ödənilən borclar üçün heç bir faiz və komissiya ödəməyəcəklər.
Kredit kartının şərtləri:
• Tam 12 ay faizsiz ödəniş imkanı
• 24 ayadək taksit müddəti
• 300 – 30 000 AZN kredit limiti
• 100% nağdlaşdırma imkanı
• 60 günədək güzəşt müddəti
• FİFD: min.18.40% - maks.41.60%
Qeyd edək ki, "TAM 12" ilə 12 ay faizsiz ödəniş imkanı müştəriyə verilmiş kredit limitinin 20%-ə və kreditin maksimum 2000 AZN məbləğinə aiddir. Faydalanmaq istəyən kart sahibi müqavilə tarixindən etibarən 30 gün ərzində bu imkanı dəyərləndirə bilər.
"TamKart Max" kredit kartını ABB mobile tətbiqindən və ya abb-bank.az saytından tam onlayn sifariş edə bilərsiniz. Həmçinin bu kartı fiziki kart olmadan tam rəqəmsal şəkildə istifadə etmək mümkündür.
"TamKart Max" kredit kartı haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Banklar     Tarix: 09 oktyabr 2026

Oxşar xəbərlər

Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®

Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200  milyon manatı ötüb. Bankın yaydığ

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum"

Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayını

Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026

2026-cı ilin oktyabr ayında Azərbaycanda müddətli dollar əmanətlərinə ən yüksək illik faiz dərəcəsini "AFB Bank" təklif edir. Bankda faizlərin müddətin sonunda ödənilməsi şərtilə 12 və 18 aylıq əmanətlər üzrə illi

"PAŞA Bank" IPO-dan sonra səhmdar strukturunu açıqlayıb

"PAŞA Bank" ASC-nin nizamnamə kapitalında "PAŞA Holding" MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülüb. xəbər verir ki, bu barədə "PAŞA Bank"ı

Kartlar ilə verilən kreditlər azalır

Ev təsərrüfatlarına (əhaliyə) ödəniş kartları vasitəsilə verilmiş kreditlərin həcmi 31 avqust 2026-cı il tarixində 1 milyard 242,8 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-c

Azərbaycanda "Stop-Kredit" istifadəyə verilib

Azərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir. Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni "Stop-Kredit"

50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq. Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarıla

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)

2026-cı ilin oktyabr ayı üzrə müqayisəyə əsasən, müddətli manat əmanətlərinə ən yüksək illik faiz dərəcəsini "Expressbank" və "TuranBank" təklif edir. Faizlərin müddətin sonunda ödənilməsi şərtilə "Expressbank"d


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq dollarin kursu bu gun valyuta kurslari