ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi

ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdiABB 2 maraqlı hesabatı ictimaiyyətə təqdim edib. Araşdırmalardan biri Bakı şəhərində daşınmaz əmlak bazarı ilə bağlıdır. Digər hesabat isə pərakəndə ticarətlə əlaqədar mövcud vəziyyəti, bu sahədə əsas inkişaf trendlərini əks etdirir. Hər iki hesabat Bankın apardığı geniş araşdırmalara əsaslanır.

"Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bazardakı qiymət dəyişikliklərinə diqqət yönəlib. Bazar göstəriciləri və əməliyyatları izlənib. Araşdırma daşınmaz əmlak bazarında baş verən dəyişikliklərin əsas səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına xidmət edir.
"Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr" adlı hesabatda isə 2023-cü il üzrə pərakəndə ticarət dövriyyəsi araşdırılıb. Pərakəndə ticarətin sektorlar, bazar payları, məhsul qrupları, coğrafi təsnifat və s. bölgülər üzrə ətraflı təhlili aparılıb.
Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. ABB bununla belə bir təcrübəni ilk dəfə ölkəmizdə də tətbiq etməyə başlayıb. Bu başlanğıcın davamı kimi Bank araşdırmaları yaxın gələcəkdə daha da genişləndirərək təkmilləşdirəcək.
Hər iki hesabatla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 09 aprel 2024

Oxşar xəbərlər

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bitcoin qiymeti bank faizleri rubl mezenne valyuta mezennesi