ABB daha bir investisiya şirkəti ilə marketmeyker müqaviləsi bağladı – Bu, nə deməkdir?

ABB daha bir investisiya şirkəti ilə marketmeyker müqaviləsi bağladı – Bu, nə deməkdir?13.01.2025-ci il tarixində Bakı Fond Birjası ilə "Troni İnvestisiya Şirkəti" QSC arasında ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) AZ1004004581 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanıb və marketmeykerlərin sayı 4-ə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Qeyd etməliyik ki, marketmeyker qiymətli kağızlar bazarında aktiv şəkildə qiymət təklifi verərək bazarda likvidliyi təmin edən maliyyə vasitəçisidir. O, müəyyən qiymət dəhlizi çərçivəsində həm alış, həm də satış təklifləri təqdim edir. Beləliklə, investorlar istədikləri zaman səhmləri almaq və ya satmaq imkanına malik olurlar. Marketmeykerlər bu xidməti yerinə yetirərkən alış və satış qiymətləri arasındakı fərqdən ("spread") gəlir əldə edirlər.
Bu müqavilə ilə "Troni İnvestisiya Şirkəti" QSC adıçəkilən səhmlər üzrə təkrar bazarda gündəlik olaraq 10% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edir, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50 min manat ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirir.
Hazırda ABB ölkə tarixində ilk dəfə səhmlərin təkrar bazarda alış-satışını məsafədən, yəni mobil tətbiqdən öz proqram təminatı ilə təmin edə bilir.
Bununla da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmləri üzrə marketmeykerlərin sayı "Unicapital İnvestisiya Şirkəti" ASC, "INVEST-AZ İnvestisiya Şirkəti" QSC və "Troni İnvestisiya Şirkəti" QSC olmaqla 3-ə çatmışdır.
ABB 2024-cü ildə 322 milyon ədəd yeni səhm buraxılışı həyata keçirib. Hər bir səhm 0.27 manat nominal dəyərə malik olub və ümumi emissiya həcmi 86.94 milyon manat təşkil edib.
Səhmlərə abunə yazılışı 11 iyun – 10 sentyabr 2024-cü il tarixləri arasında aparılıb. Yerləşdirmə prosesi isə 17 sentyabr – 24 sentyabr 2024-cü il tarixləri arasında baş tutub.
Bu emissiya nəticəsində bankın nizamnamə kapitalında özəl investorların payı 7.8%-ə yüksəlib, dövlətin payı isə 92.18%-ə enib.

Banklar     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank