ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı

ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı®ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni, rahat və innovativ mexanizm istifadəyə verilib.
Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır. Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.
Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR) kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli, "Təqib və İzləmə Sistemi"ndə (TİS) yerdəyişmə və qəbul əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan qalxır və sahibkarların işi daha da asanlaşır.
Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks olunur. Bu məlumatlar TİS bölməsində "Ödənilməli" statusu ilə görünür.
Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra olunur.
Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank həlli kimi çıxış edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 12 yanvar 2026

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya kripto dollar manat kursu