ABB "Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatına layiq görüldü

ABB ®Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatının sertifikatını əldə edib. 
Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar. Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti, istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə edib. 
ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və Bank "Ən yaxşı işəgötürən" sertifikatına layiq görülüb. Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib. Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti yaratdığını bir daha nümayiş etdirib. 
Top Employers Institute indiyə qədər 121 ölkə və regionda 2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12 milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. "Ən yaxşı işəgötürən" sertifikatını əldə etmiş şirkətlər sırasında BP, Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart, Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də var. 
"Top Employers Institute" təşkilatı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne