ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2026-cı ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja xəbər verir ki, aktivlərinin həcminə görə ölkənin ən böyük bankı olan ABB həm gəlirlərini, həm də xalis mənfəətini artırıb, aktivlər və kapital artım dinamikasını qoruyub.  
XALİS MƏNFƏƏTİ 68%-DƏN ÇOX ARTIB
2026-cı ilin yanvar–mart aylarında ABB 110 milyon 570 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44 milyon 905 min manat və ya 68,4 % çoxdur. Belə ki, bank 2025-ci ilin ilk rübünü 65 milyon 665 min manat xalis mənfəətlə başa vurmuşdu.
Xalis mənfəətin bu qədər yüksək templə artması bir neçə faktorla izah oluna bilər: bankın gəlir bazasının genişlənməsi - xüsusilə törəmələrdən əldə edilən dividentlər də daxil olmaqla qeyri-faiz gəlirlərinin artması; risk xərclərinin azalması (ehtiyat ayırmalarının azalması); əməliyyat gəlirlərinin xərclərdən daha sürətli artması
Bank sektorunda mənfəətin sürətli artımı adətən aktiv portfelinin genişlənməsi, komissiya gəlirlərinin artması və kredit risklərinin azalması ilə bağlı olur. Bu baxımdan ABB-nin nəticələri bankın gəlir strukturu və risk idarəetməsinin yaxşılaşdığını göstərir.
GƏLİRLƏRDƏ CİDDİ ARTIM
2026-cı ilin ilk rübündə bankın faiz gəlirləri 295 milyon 84 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 milyon 415 min manat və ya 14,5 % artım deməkdir. 2025-ci ilin ilk rübündə faiz gəlirləri 257 milyon 669 min manat olmuşdu.
Hesabat dövründə qeyri-faiz gəlirləri isə daha sürətlə artıb. Bankın qeyri-faiz gəlirləri 135 milyon 46 min manata çatıb. Bu, illik müqayisədə 57 milyon 612 min manat və ya 74,4 % artım deməkdir. 2025-ci ilin ilk rübündə bu göstərici 77 milyon 434 min manat idi.
Beləliklə, ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirlərinin cəmi) 430 milyon 130 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95 milyon 29 min manat və ya 28,4% çoxdur. 2025-ci ilin ilk rübündə əməliyyat gəlirləri 335 milyon 102 min manat olmuşdu.
Gəlirlərin artımında iki əsas trend diqqət çəkir:
1. Faiz gəlirləri sabit şəkildə artır.
Faiz gəlirlərinin 14,5 % artması kredit portfelinin böyüməsi və faiz gəliri gətirən aktivlərin genişlənməsi ilə bağlıdır.
2. Qeyri-faiz gəlirlərində sıçrayış.
Qeyri-faiz gəlirlərinin 74,4 % artması bankın "Alınan haqq və komissiya gəlirlərinin", "Digər gəlirlərinin", o cümlədən törəmələrdən əldə olunan dividendlərinin artması ilə bağlıdır.
Bu dinamika bankın gəlir strukturunun diversifikasiyasını göstərir və bu, müasir bankçılıqda mühüm göstərici hesab olunur.
XƏRCLƏR DƏ ARTIB
Bankın faiz xərcləri illik müqayisədə 23 milyon 541 min manat və ya 28,2 % artaraq 107 milyon 92 min manata yüksəlib. 2025-ci ilin ilk rübündə bu göstərici 83 milyon 551 min manat təşkil etmişdi.
Eyni zamanda, qeyri-faiz xərcləri 158 milyon 791 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 milyon 625 min manat və ya 22 % çoxdur. 2025-ci ilin ilk rübündə qeyri-faiz xərcləri 130 milyon 166 min manat idi.
Nəticədə, bankın cəmi əməliyyat xərcləri 265 milyon 883 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 166 min manat və ya 24,4 % artıb. 2025-ci ilin ilk rübündə əməliyyat xərcləri 213 milyon 717 min manat olmuşdu.
Xərclərin artması əsasən iki səbəblə əlaqədardır:
1. Depozitlər üzrə faiz xərclərinin artması
Bankın depozit portfeli böyüdükcə bankın öhdəliklər üzrə faiz xərcləri də artır: ABB-nin pul bazarı alətlərinə, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər və digər öhdəliklər üzrə faiz xərcləri artıb.
2. İnzibati və əməliyyat xərclərinin yüksəlməsi
Rəqəmsal platformalara investisiyalar, əməkhaqqı fondu, texnoloji və digər xərclər bank sektorunda qeyri-faiz xərclərinin artmasına səbəb olur.
Buna baxmayaraq, ABB-də gəlirlərin xərclərdən daha sürətli artması bankın operativ effektivliyinin yaxşılaşdığını göstərir.
PROBLEMLİ KREDİTLƏR ÜÇÜN EHTİYATLARA AYIRMA AZALIB
2026-cı ilin ilk rübündə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar 23 milyon 15 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 milyon 769 min manat və ya 37,4 % azdır. Ötən ilin ilk rübündə bu məqsədlə 36 milyon 784 min manat ayrılmışdı.
Bu azalma bankın aktiv keyfiyyətinin yaxşılaşdığını göstərə bilər. Adətən ehtiyat ayırmaları - problemli kreditlərin səviyyəsi aşağı düşəndə, kredit portfelinin risk strukturu yaxşılaşanda və əvvəlki illərdə yaradılmış ehtiyatlar kifayət edəndə azalır.
Bu faktorlar bankın mənfəətinə müsbət təsir göstərən əsas amillərdən biridir.
Eyni zamanda, ABB 2026-cı ilin ilk rübündəki gəlirindən faiz borcları üzrə yaradılan məqsədli ehtiyatlara 8 milyon 347 min manat ayırıb (2026-cı ilin eyni dövründə 3 milyon 797 min manat ayırmışdı).
ABB 2026-cı ilin ilk rübündə 155 milyon 900 min manat cəmi əməliyyat mənfəətindən 23 milyon 15 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə bərabər, 22 milyon 315 min manat mənfəət vergisi ödəyib (2025-ci ilin ilk rübündə 15 milyon 140 min manat mənfəət vergisi ödəmişdi, + 47,4%)
AKTİVLƏRİ, O CÜMLƏDƏN KREDİT PORTFELİ BÖYÜYÜB
2026-cı ilin 31 mart tarixinə ABB-nin cəmi aktivləri 14 milyard 310 milyon 692 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 683 milyon 789 min manat və ya 5 % artıb. 2025-ci ilin sonunda aktivlər 13 milyard 626 milyon 903 min manat idi.
Aktivlərin artımı bankın kredit portfelinin, digər banklarda və maliyyə institutlarındakı depozitlərin və nağd pul vəsaitlərinin artması ilə bağlıdır. Aktivlərin artımı bankın bazar payının genişlənməsi və biznes həcminin artması deməkdir.
2026-cı ilin 31 mart tarixində bankın kredit portfeli isə 7 milyard 158 milyon 144 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 78 milyon 160 min manat və ya 1,1 % artım deməkdir.
DEPOZİT PORTFELİ 9 MİLYARD MANATI KEÇİB
2026-cı ilin ilk rübünün sonuna bankın depozit portfeli 9 milyard 9 milyon 721 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 116 milyon 841 min manat və ya 1,3 % artım deməkdir.
Depozit strukturunda əsas trend: əhalinin depozitlərinin artması və korporativ depozitlərin təxminən sabit qalmasıdır. Bu isə bankın maliyyələşmə bazalarından birinin stabil qalması baxımından vacibdir.
ƏLAVƏ KREDİTLƏR CƏLB EDİB
2026-cı ilin 31 mart tarixinə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 1 milyard 648 milyon 366 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 317 milyon 79 min manat və ya 23,8 % artım deməkdir.
Bu artım bankın - beynəlxalq maliyyə institutlarından və digər banklardan əlavə resurs cəlb etməsi ilə bağlıdır. Bu resurslar adətən kreditləşmənin genişləndirilməsi və likvidliyin artırılması üçün istifadə olunur.
KAPİTAL MÖVQEYİ GÜCLƏNİB
Hesabat dövrünün sonunda ABB-nin məcmu kapitalı 1 milyard 998 milyon 327 min manata çatıb. Bu məbləğ 2025-ci ilin sonu ilə müqayisədə 98 milyon 613 min manat və ya 5,2 % çoxdur. Güclü kapital bankın dayanıqlılığını və kreditləşmə imkanlarını artıran əsas faktorlardan biridir.
Beləliklə, 2026-cı ilin ilk rübündə ABB gəlirlərin və mənfəətin artması, aktivlərin genişlənməsi və kapitalın güclənməsi ilə maliyyə dayanıqlılığını qoruyub saxlayıb. Bankın nəticələrində xüsusilə qeyri-faiz gəlirlərinin sürətli artımı və ehtiyat ayırmalarının azalması mənfəətə müsbət təsir göstərib.
BANK BTB-NİN AKTİVLƏRİ ABB-YƏ ÖTÜRÜLÜR
Xatırladaq ki, "Bank BTB" ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank "BTB" ASC ilə ABB arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank "BTB" ASC-nin aktivləri ABB-nin balansına keçir, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanır.
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDUABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDUABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDUABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDUABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU/ marja.az

Banklar     Tarix: 13 aprel 2026

Oxşar xəbərlər

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü

Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməy

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib. Əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkiləri

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə


iqtisadi xeberler kripto biznes qurmaq bank faizleri valyuta kurslari