ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq®Noyabrın 25-də "Agile Azərbaycan" Beynəlxalq Sammiti başlanır. "Sabahı formalaşdırmaq: təsir üçün çeviklik, süni intellekt və data!" devizi altında keçiriləcək tədbirdə Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a, süni intellektə və data texnologiyalarına maraq göstərən hər kəs bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, uğurla tətbiq edən, eyni zamanda süni intellekt və data texnologiyalarından da geniş şəkildə faydalanan ABB sammitin əsas tərəfdaşıdır.
Tədbirin məqsədi Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaq, həmçinin süni intellekt və data texnologiyaları ilə bağlı təcrübələri paylaşmaqdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır.
Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər Agile, süni intellekt və data sahəsində ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni bölüşəcəklər. Tədbirdə ABB-nin son illər müvafiq sahələrdə əldə etdiyi təcrübə barədə də ətraflı məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 800-dən çox əməkdaşın çalışdığı 23 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir.
Son illərdə Bank bu metodologiya əsasında 100-dən çox rəqəmsal məhsul təqdim edib, 80-dən çox süni intellekt modelini işə salıb, bununla həm əməliyyat səmərəliliyinə, həm müştəri təcrübəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Bankın yeni müştərilərinin 65%-dən çoxu məhz rəqəmsal kanallar vasitəsilə cəlb edilir, bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.
Agile iş tərzinə keçiddən sonra Bank son 3 ildə məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə endirib. ABB-də müştəri məmnuniyyəti göstəricisi (NPS) 76.9-a, işçi məmnunluğu səviyyəsi 84.2-ə yüksəlib.
Son 3 ildə ABB süni intellekt və data texnologiyaları istiqamətində də ciddi irəliləyişlərə nail olaraq 160-dan çox generativ və prediktiv modeli tətbiq edib, bu modellər Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 24 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu