ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq

ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək ®ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından "Money20/20" tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli "The Money Awards 2026" müsabiqəsinin finalçıları sırasında qərarlaşıb. Bank "AI&Automation" kateqoriyası üzrə finala yüksəlib. ABB müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan layihəsi ilə iştirak edir.
Bank AI-nur və AI-khan-ı müştərilərə ötən ilin sonlarından təqdim edib. ABB mobile tətbiqinin istifadəçiləri onlarla sadəcə danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, AI-nur və AI-khan müştərilərin gəlir və xərclərini izləyib, maliyyə vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur, müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir, kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə daha da genişlənir.
İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla qarşılıqlı ünsiyyət qurublar. Layhənin qlobal müsabiqənin finalına çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol oynayıb.
"The Money Awards" maliyyə xidmətləri sektorunda innovasiya, texnologiya və real təsir yaradan şirkətləri, məhsulları, tərəfdaşlıqları dəyərləndirən "Money20/20" platformasının qlobal fintech mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.
"The Money Awards 2026" qalibləri oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək "Money20/20 USA" tədbiri çərçivəsində elan olunacaqlar. ABB final mərhələsində Plaid, DriveWealth, Socure, Sardine, U.S. Bank və s. kimi tanınmış qurumlarla yarışacaq.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 07 oktyabr 2026

Oxşar xəbərlər

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

30 sentyabr 2026-cı il tarixində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "ABB" ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən

"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Azərbaycanın bank sektoru son illər dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb və xarici mənfi təsirlərə həssaslığını xeyli azaldıb. Bunu "Fitch Ratings"in Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır

Azərbaycanda daşınar əmlak üzərində yüklülüklərlə bağlı dövlət reyestrinə daxil edilən bildirişlərin sayı 2026-cı ilin ilk 8 ayında 158 485-ə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 115 839 idi. Beləliklə, bildirişləri

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-da depozi

ABB-də rəhbər vəzifəyə yeni təyinat

"ABB"də rəhbər vəzifəyə yeni təyinat olub. xəbər verir ki, Ülvi Qasımov bankın Baş direktoru vəzifəsinə təyin edilib. Ülvi Qasımov 2026-cı ilin iyunundan "ABB Invest İnvestsiya Şirkəti" ASC-nin və "AB


iqtisadi xeberler biznes krediti 1000 manatla biznes internetden pul qazanmaq bitcoin