ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü

ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü(®) Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatının builki qalibləri açıqlanıb.
ABB-nin TamEco layihəsi "İqlim dəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSM mükafatına layiq görülüb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişaf məqsədlərindəndir. "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq Azərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcək.
ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqla reallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb. Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adından Bank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub. Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağac əkilib.
TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.
Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibində bir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. / marja.az

Banklar     Tarix: 27 dekabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb. 6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfində

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali


iqtisadi xeberler pul qazanmaq bank faizleri biznes ideyalari investisiya