ABB on nominasiyanın onunda da qalib oldu

ABB on nominasiyanın onunda da qalib oldu®ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb.  Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü", "Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri", "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)", "Özünüməşğulluq proqramında iştirak". 
Qeyd edək ki, "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi", eləcə də "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub. 
ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan "Faydalı keşbek" layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR

Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!. Rəqəmsallaşma yolunda inamla addımlayan Bank of Baku yeni təqdim etdiyi rəqəmsal məhsulu - Digital Bolkart kartı üzrə müştərilə

2 BOKT-ın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı BOKT "Finans Kredit" MMC-nin və "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasını

Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir

Əgər müxtəlif banklarda olan kreditlərinizi bir ünvanda, həm də daha aşağı faizlə və komissiyasız birləşdirmək istəyirsinizsə, "Unibank"ın kampaniyası sizə bu imkanı yaradır. Kampaniya çərçivəsində kreditləriniz

2025-ci ildə aktivlərindən ən yaxşı istifadə edən bankların RENKİNQİ

2025-ci ildə Azərbaycan bank sektorunda aktivlərin mənfəətliliyi (RoA) üzrə liderliyi Bank Melli Iran-ın Bakı filialı qoruyub. xəbər verir ki, bankın RoA göstəricisi 3.67% təşkil edib, baxmayaraq ki, bu rəqəm 2024-cü ill

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbua

"CatMod Azərbaycan" seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib

"İcbari Sığorta Bürosu"nun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zərur

Tural Feyzullayev Mərkəzi Bankda baş direktor təyin edildi

Tural Hicrət oğlu Feyzullayev 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. xəbər verir ki, o bu vəzifədə Rəna Məlikovanı əvəzləyib. Məlikova müşavir təyin edilib. 1990-cı ild

Bankların kredit portfeli 30 milyardı ötdü

Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq. 30,063 mln. manat olub. xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:. ı) biznes kreditləri – 53.6% (16,106.3 mln. manat. ıı

Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

Mərkəzi Bank "Statistik bülleten Dekabr - 2025" buraxılışını dərc edib. Bank sektoru . Bülletendə bildirilir ki,  31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin say


iqtisadi xeberler biznes xeberleri bitcoin biznes ideyalari valyuta kurslari