ABB səhmləri birjada bahalaşıb – Nominal qiymətindən 30% baha ticarət edilib

ABB səhmləri birjada bahalaşıb – Nominal qiymətindən 30% baha ticarət edilibDövlətə məxsus olan və eləcə də ölkənin ən iri kommersiya bankı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin ilkin kütləvi təklif (IPO) xəbəri ərəfəsində dövriyyədə olan səhmlər təkrar bazarda bahalaşıb.
Banker.az-ın "İnvestisiya" bölməsinin araşdırmasına əsasən, ABB səhmləri iyun ayının 10-da sonuncu dəfə "əl dəyişdirib" və səhmlərin Bakı Fond Birjasında satış qiyməti 0.35 manat təşkil edib. Bu da nominal və ya minimal qiymətdən 30 faiz bahadır. ABB-nin səhmlərinin nominal dəyəri (minimal) 0.27 manatdır. ABB-nin IPO açıqlamasından sonra səhmdarlar gözləmə mövqeyinə çəkiliblər və həcmlər azalıb. Məsələn, ilin əvvəlində 17-60 minlik həcmdə alış-satışlar olduğu halda iyunda həcmlər 2 minə düşüb.
Azərbaycanda hazırda onlayn səhm və digər qiymətli kağızların alış-satışı mümkün olmasa da, fiziki mümkündür.
Bu il də əsas səhmdarı olan dövlətə və 1 800-ə yaxın digər səhmdarlara 185 mln. manat məbləğində dividend ödənişi olacaq. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15.1%-ə yüksəlib.
ABB səhmləri birjada bahalaşıb – Nominal qiymətindən 30% baha ticarət edilibArtıq 11 iyundan etibarən abunə yazılışına başlanılıb və 3 ay davam edəcək. Bankın 322 milyon ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 0.27 manatdır. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.
Daha bir yenilik isə ondan ibarətdir ki, ABB səhmlərini onlayn qaydada almaq mümkündür. ABB-nin bu təşəbbüsü ölkədə ilkdir. ABB Mobile tətbiqi ilə yeni səhmdar cəlbini mümkün edib.

Banklar     Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne