ABB yeni korporativ saytını təqdim etdi
®Fəaliyyətini müasir çağırışlara uyğun daim təkmilləşdirən ABB daha bir yeniliyini təqdim edib. Bank yeni inkişaf konseptinə uyğunlaşdırılmış korporativ saytını istifadəyə verib. Müasir qlobal standartlara uyğun hazırlanmış sayt modern dizaynı, təkmil strukturu, istifadəsinin rahatlığı ilə fərqlənir.
Saytda bölmələrin sayı optimallaşdırılıb, lazımı məlumatların tapılması daha sadə, asan və sürətli olub.
Funksionallığına görə yeni saytı ABB-nin onlayn filialı da adlandırmaq mümkündür. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən tam rəqəmsal təcrübə ilə sifariş vermək mümkündür. Fərdi müştərilər, bizneslər burada internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.
Müştəriləri ilə danışan bank – ABB-nin Virtual assistenti Bankın yeni saytında da 7/24 rejimində istifadəçilərin bütün suallarını cavablandırır, onlar kömək göstərir. Bankın xidmət və məhsullarından başqa, əsas strateji hədəfləri, mühüm yenilikləri, idarəetmə sistemi, investorlarla əlaqələri və s. barədə məlumatları, ABB-nin geniş hesabatlarını da saytdan əldə etmək mümkündür.
Yeni sayt müştəri məmnuniyyətinin artırılmasına, şəffaflığa, ABB-nin xidmət və məhsullarının əlçatanlığına, maraqlı tərəflərlə kommunikasiyaların daha da genişlənməsinə xidmət edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?