ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi

ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi®ABB mobile istifadəçiləri artıq əmanət hesablarını da birbaşa tətbiq üzərindən yarada bilərlər. ABB-nin yeni rəqəmsal əmanət məhsulu olan DigiDepozit-lə Bankda etibarlı qaydada vəsait yerləşdirib yüksək gəlir əldə etmək imkanı hər kəs üçün rahat və əlçatandır. Əmanət yerləşdirmək üçün Banka gəlməyə ehtiyac yoxdur. Müqavilə SİMA ilə təsdiqlənir.
Bankda əmanəti ABB mobile tətbiqi vasitəsilə yerləşdirməyin bir çox başqa üstünlükləri də var. Əmanəti həm AZN, həm ABŞ dolları ilə yerləşdirmək mümkündür. Bir müştəri tətbiq üzərindən 20-yə qədər əmanət müqaviləsi yaradaraq  500 000 AZN-ə qədər vəsaiti Bankda yerləşdirə bilər. Minimal məbləğsə 300 AZN-dir. Faiz gəlirlərini həm müqavilə müddətinin sonunda, həm aylıq əldə etmək mümkündür. Müştərinin ABB mobile vasitəsilə əmanət müqaviləsini istədiyi vaxt ləğv etmək, yaxud müddəti avtomatik uzatmaq imkanı var. 
ABB-də yerləşdirilən bütün əmanətlərin 100 000 AZN-ə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq qaydada sığortalanır. 
DigiDepozit ABB mobile tətbiqinin iOS əməliyyat sistemində artıq aktivdir. Qısa müddətdə məhsul Androiddə də aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazların

Rusiya Bankı ötən ili zərərlə başa vurub

Rusiya Bankı 2025-ci il üçün 184,8 milyard rubl (2,2 milyard ABŞ dolları – Qeyd) xalis zərərlə üzləşib, əvvəlki ildə isə mənfəət 199,5 milyard rubl (2,3 milyardan çox ABŞ dolları – Qeyd) olub. Bu barədə məlumatlar tənzimləyicini

"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb

"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bank of Baku-nun Gəncədə 2-ci filialı – "KOB Gəncə" fəaliyyətə başladı

Bank of Baku Gəncə şəhəri, eləcə də ətraf bölgələrdə yaşayan müştərilərinə daha əlçatan və keyfiyyətli xidmət üçün Gəncə şəhərində 2-ci – "KOB Gəncə" filialını istifadəyə verib. Yeni fəaliyyətə başlayan "Gənc

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu il

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edib

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir. Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununl

Bank əmanətlərinin 84 %-dən çoxu qorunur

Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqınd


iqtisadi xeberler pul qazanmaq biznes qurmaq valyuta kurslari telefonla pul qazanmaq