ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi

ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdiABB mobile istifadəçiləri artıq əmanət hesablarını da birbaşa tətbiq üzərindən yarada bilərlər. ABB-nin yeni rəqəmsal əmanət məhsulu olan DigiDepozit-lə Bankda etibarlı qaydada vəsait yerləşdirib yüksək gəlir əldə etmək imkanı hər kəs üçün rahat və əlçatandır. Əmanət yerləşdirmək üçün Banka gəlməyə ehtiyac yoxdur. Müqavilə SİMA ilə təsdiqlənir.
Bankda əmanəti ABB mobile tətbiqi vasitəsilə yerləşdirməyin bir çox başqa üstünlükləri də var. Əmanəti həm AZN, həm ABŞ dolları ilə yerləşdirmək mümkündür. Bir müştəri tətbiq üzərindən 20-yə qədər əmanət müqaviləsi yaradaraq  500 000 AZN-ə qədər vəsaiti Bankda yerləşdirə bilər. Minimal məbləğsə 300 AZN-dir. Faiz gəlirlərini həm müqavilə müddətinin sonunda, həm aylıq əldə etmək mümkündür. Müştərinin ABB mobile vasitəsilə əmanət müqaviləsini istədiyi vaxt ləğv etmək, yaxud müddəti avtomatik uzatmaq imkanı var. 
ABB-də yerləşdirilən bütün əmanətlərin 100 000 AZN-ə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq qaydada sığortalanır. 
DigiDepozit ABB mobile tətbiqinin iOS əməliyyat sistemində artıq aktivdir. Qısa müddətdə məhsul Androiddə də aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti depozit faizleri valyuta kurslari