ABŞ-da daha bir bank bağlandı
ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən "Heartland Tri-State Bank" bağlanıb.
Bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) məlumat yayıb.
Kredit təşkilatının bağlanmasının səbəbləri göstərilmir. FDIC Əmanətlərin Sığortalanması Fondunun (DIF) bank müştərilərinin kompensasiyası üçün xərclərini 54,2 milyon ABŞ dolları məbləğində qiymətləndirib.
Bankın müştəri depozitləri və aktivləri "Dream First Bank of Syracuse"a (o da Kanzasda yerləşir) ötürülüb. Nəticədə "Heartland Tri-State Bank"ın dörd filialı iyulun 31-dən etibarən yenidən açılacaq, lakin artıq "Dream First Bank"ın filialları kimi.
Qeyd olunur ki, "Heartland Tri-State Bank"ın aktivləri təxminən 139 milyon dollar təşkil edib və bunun da təxminən 130 milyon dolları depozitlərdir.
FDIC bağlanan bankın müştərilərinin pullarını əldə edə biləcəklərini, lakin onların avtomatik olaraq artıq "Dream First Bank" müştərilərinə çevriləcəklərini bildirib. İyulun 28-dən əvvəl hesablanmış əmanətlər üzrə faizlər eyni dərəcədə ödəniləcək. Qalan ödənişləri "Dream First Bank" yenidən nəzərdən keçirəcək.
Qeyd edək ki, bu, 2023-cü ildə ABŞ-da bağlanan dördüncü bankdır. Belə ki, mart ayında "Silicon Valley Bank" müflis olub, ardınca da "Signature Bank" və "First Republic Bank" bağlanıb. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları