ABŞ-ın 7 ən böyük şirkəti barədə xəbərdarlıq

ABŞ-ın 7 ən böyük şirkəti barədə xəbərdarlıqAlmaniyanın nəhəng bankı "Deutsche Bank", ABŞ-ın 7 ən böyük şirkətinin hazırda makroiqtisadi bir fenomenə çevrildiyini və bu "yeddilik qrup"un bütün aktiv siniflərinə mümkün təsirləri olduğu barədə xəbərdarlıq edib.
Marja.az-ın məlumatına görə, "Deutsche Bank"ın dərc etdiyi hesabatda ABŞ-ın "Möhtəşəm 7-lik"  (Magnificent 7) adlanan 7 ən böyük şirkətinin bazar dəyəri baxımından böyüklüyünə diqqət çəkilib, bu şirkətlər qrupunun təsirlərinin hazırda makroiqtisadi səviyyəyə çatdığı qeyd edilib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hesabatda, bu il bazarda müşahidə edilən güclü performansın əksəriyyətinin bir neçə böyük səhmlə bağlı olduğu, bunun investorlar üçün yeni bir xəbər olmadığı, lakin bu 7 şirkətin S&P 500 İndeksinə nə dərəcədə təsir etdiyinin daha dərin araşdırılması lazım olduğu qeyd edilib. Hətta bu vəziyyətin makroiqtisadi fenomenə çevrilə biləcəyi vurğulanıb.
"Möhtəşəm 7" adlanan Apple, Alphabet, Amazon, Meta, Microsoft, Nvidia və Tesla səhmləri 2023-cü ili güclü şəkildə başa vurduqdan sonra bu il S&P 500-ü 5 faizdən çox artıran əsas qüvvə olub. Xüsusilə, süni intellekt sahəsində investorların çılğınlığı, çip istehsalçısı Nvidia və Meta kimi süni intellektlə güclü məşğul olan texnologiya şirkətlərinə bir neçə həftə ərzində ikirəqəmli faiz artımına nail olmağa kömək edib.
Oxşar vəziyyət sonuncu dəfə "Böyük Depressiya"dan əvvəl görülüb
Bank qeyd edib ki, bu səhmlərin bazar dəyəri S&P-dəki digər 493 şirkətdən daha sürətli artıb və indeksdə 7 şirkətin təmərküzləşməsi (xüsusi çəkisinin artması) baş verir. "Deutsche Bank"ın strateqi Cim Reidin sözlərinə görə, bu qədər az sayda səhmlərin belə bir dəyərə və xüsusi çəkiyə malik olduğu bir dövrü görmək üçün geriyə - 1929-cu il böhranına baxmaq lazımdır. 
Reid qeyd edir ki, bu səviyyələrdə birja təmərküzləşməsi anomaliyadan (normadan kənara çıxma) daha çox şeydir: bu bir neçə şirkətin taleyinin ümumi etibara və bazara nə qədər təsir etdiyini nəzərə alsaq, makroiqtisadi qiymətləndirmə tələb edir.
"Deutsche Bank"ın strateqi bildirib: "Möhtəşəm Yeddilik" səhmlərinin son aylar və hətta illərdəki performansının makro mühitə böyük təsir göstərdiyinə şübhə yoxdur. Onların bazar üstünlüyü olmasaydı, ABŞ fond bazarı və qlobal inam çox fərqli görünərdi. Öz növbəsində, onların gələcək performansı, ehtimal ki, qlobal aktivlərin əksəriyyətinə müəyyən dərəcədə və ya bəlkə də böyük ölçüdə təsir göstərəcək."
Bank, "Magnificent 7"nin ümumi bazar dəyərinin dünyanın ikinci ən böyük milli fond bazarını yarada biləcəyini və iqtisadiyyatının həcminə görə 4-cü yerdə olan Yaponiyadan iki dəfə böyük olduğunu vurğulayıb.
Artım FED-in mümkün faiz endirimi ilə davam edə bilər
Bundan əlavə, ekspertlər, FED-in bu il faiz dərəcələrini aşağı salması ilə "Möhtəşəm 7"nin çəkisinin daha da arta biləcəyini və bunun da birja qrupunu daha da diqqət mərkəzində saxlaya biləcəyini vurğulayırlar.
İstiqraz gəlirləri aşağı düşdükdə birjaya meylin daha yüksək olduğunu vurğulayan bank, FED-in faiz artımında zirvəyə çatdığını və 2008-09-cu il maliyyə böhranından bəri 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin ən yüksək səviyyəsinə yüksəldiyini bildirib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı aylarda faiz dərəcələrini aşağı salması ilə istiqraz faizlərində azalma gözlənildiyini qeyd edib.
Böyümə və gələcək illərdə daya yüksək qazanc proqnozlarına görə, "Möhtəşəm 7"nin bazar dəyərini daha da artıra bilər. 
"Deutsche Bank" hesabatında "Möhtəşəm 7"nin davamlı böyüməsini dəstəkləyən və ya ona mənfi təsir edə biləcək bir sıra amilləri də müəyyən edib. Birinci qrupa nikbinlik daxildir ki, bu səhmlər qrupunun qlobal əhatə dairəsi və yüksək innovasiya gücü var, onların qazancı artıq bir çox böyük ölkələrin gəlirlərini üstələyir, ABŞ-ın dəstəyinə malikdir və süni intellekt hələ başlanğıc mərhələsindədir. İkinci qrupa "Böyük Texnologiya"ya qarşı tənzimləyici addımlar və süni intellektə qarşı ictimai nəzarət, geosiyasi risklər və "Möhtəşəm Yeddiliyə" qarşı dönə biləcək sürətli texnologiya dəyişiklikləri ilə bağlı bədbinlik daxildir.
Həmçinin oxu
Çinin ən keyfiyyətli avtomobil brendi Azərbaycan bazarına rəsmi olaraq daxil oldu - FOTOLAR
ABŞ-ın 7 ən böyük şirkəti barədə xəbərdarlıq

Banklar     Tarix: 16 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi