ABŞ-ın kriptobankları federal banklardan 13 mlrd. dollardan çox borc alıblar
"The Wall Street Journal"ın məlumatına görə, ABŞ-ın iki ən böyük kriptovalyuta bankı olan "Silvergate Capital" və "Signature Bank" müştərilərin kriptovalyuta bazarından kütləvi şəkildə çıxmasından yaranan itkiləri kompensasiya etmək üçün 2022-ci ilin dördüncü rübündə 13 milyard dollardan çox borc götürməyə məcbur olublar.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Eyni zamanda qeyd edildiyi kimi, hər iki kriptobank 1930-cu illərdə əlverişli ipoteka kreditləri vermək üçün yaradılmış və ABŞ hökuməti tərəfindən dəstəklənən bankların kooperativindən kreditlər alıb.
"Signature" – ipoteka krediti bankı kimi fəaliyyətə başlayan və sonra kriptovalyuta bazarına girməyə qərar verən, 2022-ci ilin dördüncü rübündə təxminən 10 milyard dollar borc götürməyə məcbur olan bir bankdır.
"Silvergate" – bu bank "Binance US" kriptobirjasının tərəfdaşıdır. 2022-ci ilin dördüncü rübündə kriptovalyuta müştərilərinin depozitləri təxminən 7.3 milyard dollar təşkil edib. Nəticədə, bank rübü 1 milyard dollar zərərlə başa vurmuş olub.
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"