AccessBank 2022-ci ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayır

AccessBank 2022-ci ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayırMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin üçüncü  rübü üzrə maliyyə nəticələrini açıqlayır. 
Ətraflı məlumat əldə etmək üçün:
Aktivləri 1 milyard manatı keçmiş Bank, son rüb ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank son rüb ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.  
Bankın aktivləri rüb ərzində 4.8%, ilin əvvəlindən isə 12.9% artıb. Hazırda 1.1 milyard manat təşkil edir.
Kredit portfeli rüb ərzində 7.4%, ilin əvvəlindən isə 21% artıb. Hazırda 765.4 milyon manat təşkil edir.
Kredit portfelinin 80%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 13.6% və ya 73.5 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 34%-i regionların payına düşür. 
Depozit portfeli rüb ərzində 2.9%, ilin əvvəlindən isə 16.3% artıb. Hazırda 802 milyon manat təşkil edir. 
Əhalinin müddətli əmanətləri rüb ərzində 1.7%, ilin əvvəlindən isə 20% artıb. Hazırda 555 milyon manat təşkil edir.
Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 100 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 57 milyon manata yüksəlib. 
Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% artaraq 8.5 milyon manata çatıb. 
Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 13 milyon manata çatıb. Təkcə 3-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 76.7% artıb. 
Yekun xalis mənfəət də il ərzində dəfələrlə artaraq 5.3 milyon manata çatıb. 3-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb. 
Bankın məcmu kapitalı son 1 il ərzində 13.3% və ya 10.3 milyon manata artaraq 87.9 milyon manata çatıb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 37.9 milyon manat artıqdır.
Bankın likvidlik əmsalı 63.3% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bank göstəricilərini şərh edərkən bildirdi ki, Bankın əsas məqsədi inkişaf edərək həm daha yüksək nəticələr, həm də daha keyfiyyətli xidmət göstərməkdir: "Bir il ərzində xalis əməliyyat mənfəətinin kəskin artımı daima üzərimizdə işləməyimizin bəhrəsidir. Biz anlayırıq ki, artan təkcə rəqəmlər deyil, həm də müştəri məmnuniyyəti və rəqabətdir. Bazarda mikromaliyyələşdirmə lideri olmaqla yanaşı, həm də pərakəndə bankçılıq xidmətlərini təkmilləşdirməyimiz  öz nəticəsini artıq göstərir. Məqsədimiz daha çox inkişaf və daha yüksək xidmətdir."
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / banker.az

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi