AccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı

AccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladıMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
AccessBank-ın yaydığı press-relizdə bildirilir ki, Bank, 2023-cü il nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2022-ci ildə 15.0 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur. 
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
-Kredit portfeli 24.6% artıb və portfel 1 milyard manatı üstələyib. Hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 013.8 milyon manat təşkil edib.
-Kredit portfelinin 76.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 780.0 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 23.0% və ya 146.0 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 55.3%-i regionların payına düşür. 
-Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2023-cü ilin sonuna 1 051.6 milyon manat təşkil edir ki, bu da 2022-ci illə müqayisədə 22.3% çoxdur. 
-Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 20.9% artıb və 722.1 milyon manata çatıb.
-AccessBank 2023-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan milli valyutada 51.0 milyon manat həcmində kredit cəlb etmişdir ki, bunun 8.5 milyon manat hissəsi maliyyə sektoru üçün ilk olaraq "yaşıl" maliyyədir.
-Bankın aktivləri 1.4 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisəsədə 19.1% çoxdur.
Faiz gəlirləri 2022-ci il ilə müqayisədə 39.0% artaraq 195.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2022-ci il ilə müqayisədə 46.0% artaraq 122.0 milyon manata yüksəlib. 
-Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 17.9 milyon manat təşkil edir. 
-Xalis əməliyyat mənfəəti 2023-cü ildə 56.3 milyon manata çatıb. 2022-ci ildə eyni göstərici 22.9 milyon manat təşkil edib.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 73.7% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
AccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladıAccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladıAccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı/ marja.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler biznes ideyalari biznes krediti avtomobil xeberleri bitcoin