AccessBank 2023-cü il üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2023-cü il üzrə maliyyə hesabatını açıqlayır®Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayır. 
Ətraflı məlumat əldə etmək üçün:
Bank, 2023-cü il nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2022-ci ildə 15.0 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur. 
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
Kredit portfeli 24.6% artıb və portfel 1 milyard manatı üstələyib. Hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 013.8 milyon manat təşkil edib.
Kredit portfelinin 76.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 780.0 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 23.0% və ya 146.0 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 55.3%-i regionların payına düşür. 
Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2023-cü ilin sonuna 1 051.6 milyon manat təşkil edir ki, bu da 2022-ci illə müqayisədə 22.3% çoxdur. 
Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 20.9% artıb və 722.1 milyon manata çatıb.
AccessBank 2023-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan milli valyutada 51.0 milyon manat həcmində kredit cəlb etmişdir ki, bunun 8.5 milyon manat hissəsi maliyyə sektoru üçün ilk olaraq "yaşıl" maliyyədir.
Bankın aktivləri 1.4 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisəsədə 19.1% çoxdur.
Faiz gəlirləri 2022-ci il ilə müqayisədə 39.0% artaraq 195.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2022-ci il ilə müqayisədə 46.0% artaraq 122.0 milyon manata yüksəlib. 
Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 17.9 milyon manat təşkil edir. 
Xalis əməliyyat mənfəəti 2023-cü ildə 56.3 milyon manata çatıb. 2022-ci ildə eyni göstərici 22.9 milyon manat təşkil edib.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 73.7% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes