"AccessBank" 40 milyon manata yaxın xalis mənfəət əldə edib
"AccessBank" 2023-cü ilin 4-cü rübünü 39 milyon 838 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 15 milyon 37 min manat olmuşdur ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Ötən il "AccessBank"ın gəlirləri 213 milyon 217 min manat (əvvəlki ilə nisbətən 39% çox), xərcləri 156 milyon 524 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin yanvarın 1-nə "AccessBank"ın aktivləri 1 milyard 392 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 19% çoxdur. Bunun 1 milyard 14 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 25% böyüyüb.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları