AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
®AccessBank dinləyicilər üçün yeni onlayn audio platforması – AccessRadio-nu istifadəyə verib. Bank sektorunda ilk dəfə tətbiq olunan bu təşəbbüs musiqi, podkast və müxtəlif audio verilişləri vahid platformada bir araya gətirir.
AccessRadio istifadəçilərə müxtəlif janrlarda seçilmiş musiqilərlə yanaşı, AccessTalks podkastının buraxılışlarını və AccessBank əməkdaşlarının iştirakı ilə hazırlanan audio verilişləri dinləmək imkanı yaradır. Platformada maliyyə, biznes, texnologiya və digər aktual mövzular üzrə faydalı və maraqlı məzmun təqdim olunur.
Yeni audio platformanın yaradılmasında məqsəd auditoriya ilə ünsiyyət üçün daha müasir və rahat format təqdim etmək, eyni zamanda faydalı məlumat və əyləncəni bir platformada birləşdirməkdir.
AccessRadio-ya qoşulmaq üçün AccessBank-ın rəsmi veb-saytına daxil olaraq radio bölməsinə keçid etmək kifayətdir:
AccessBank yeni layihə ilə ənənəvi bank xidmətlərindən kənarda da auditoriyası üçün faydalı və innovativ rəqəmsal təcrübələr yaratmağa davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?