AccessBank-dan startap ekosisteminə dəstək: "Bizdən Biznesə"nin qalibləri seçildi

AccessBank-dan startap ekosisteminə dəstək: ®AccessBank artıq ikinci dəfədir reallaşdırdığı "Bizdən biznesə" startap müsabiqəsinin yekunlarını uğurla qeyd edir. Bu dəfə layihənin tərəfdaşları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əlavə qlobal səviyyəli "VİSA" şirkəti də qoşulub.
AccessBank-ın təşəbbüsü, KOBİA-nın dəstəyi və VİSA-nın əlavə maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etməkdir.   "Bizdən Biznesə" müsabiqəsi iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.
"Artıq iki ildir ki, "Bizdən Biznesə" layihəsini həyata keçiririk və məqsədimiz onu davamlı etməkdir. Çünki müraciət edən startap layihələrinin ildən-ilə daha maraqlı və innovativ olduğunu müşahidə edirik. Layihənin ilk ilində KOBİA-nın dəstəyi ilə uğurla həyata keçirilən bu təşəbbüsə bu il qlobal şirkət olan VISA-nın tərəfdaş kimi qoşulması layihənin davamlılığına olan inamımızı daha da gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, layihənin genişləndirilməsinə, mükafat fondunun və qaliblərin sayının artırılmasına imkan yaradıb. AccessBank artıq 20 ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək göstərir və bu yolda qarşılaşılan çətinlikləri yaxından tanıyır. Məqsədimiz bu layihə vasitəsilə yeni sahibkarların qarşılaşdığı əngəllərin aradan qaldırılmasına töhfə verməkdir", – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
Bu il 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarlarına uyğun olan 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxıb.
Final mərhələsində münsiflər heyətinin qərarına əsasən I yerin sahibi "Smarted Solutions" (Səfər İmanlı) şirkəti "Smart Cart" layihəsi ilə, II yerin sahibi "Lumimex" şirkəti "Günəş panelləri üçün örtüklərin istehsalı" layihəsi ilə, III yerin sahibi isə Elşən Hümbətov "Agritech Hydro Karabakh" layihəsi ilə elan olunub. Bundan əlavə, layihənin tərəfdaşı olan "VISA" şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva "İmaret Botanica" təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilib.
Layihənin şərtlərinə görə, I yerin sahibinə 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat verilib. Həmçinin "VISA" şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunub.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərzində AccessBank vasitəsilə ölkə daxili bütün bank əməliyyatlarında komissiya ödənişlərindən azad olunacaqlar.
"Bizdən Biznesə"-nin təşkilatçıları bu müsabiqə ilə startap ekosistemini gücləndirməklə sahibkarlıq mühitini daha da inkişaf etdirməyi, gənc və yenilikçi sahibkarları dəstəkləməyi hədəfləyirlər.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank-dan startap ekosisteminə dəstək: AccessBank-dan startap ekosisteminə dəstək: AccessBank-dan startap ekosisteminə dəstək: / banker.az

Banklar     Tarix: 29 dekabr 2025

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa


iqtisadi xeberler biznes ideyalari biznes qurmaq bitkoin almaq 1000 manatla biznes