AccessBank "Future BankHers" təcrübə proqramının bitməsini qeyd edir

AccessBank 07.03.2024.  Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan AccessBank, ölkədə xanımların maliyyə sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə təşkil edilən "Future BankHers" təcrübə proqramının bitməsini qeyd edir.
Azərbaycanın bank sektorunda ilk dəfə yalnız xanımlar üçün təşkil edilən proqram, 6 dekabr 2023-cü ildə başlayıb və 6 mart 2024-cü ildə başa çatıb.
Xanımların maliyyə sektorunda karyera qurmasını təşviq etmək, ölkənin iqtisadi inkişafında rolunu artırmaq və mövqelərini möhkəmləndirmək məqsədi ilə keçirilən   "Future BankHers" proqramına qatılmaq üçün 986 müraciət daxil olub, onlardan 360 xanım imtahandan keçərək 120-ə yaxın qrup işi və fərdi tapşırıq mərhələsində iştirak ediblər. Uğurlu nəticələrlə seçilən 20 nəfər seçiləndən sonra 13 xanım proqramı tamamlaya bildi.
Təcrübəçi xanımlar AccessBank-ın Daxili Audit, Pərakəndə Bankçılıq, Marketinq, Ödəniş Kartları Biznesi, Hüquq və Komplayens, Risklərin İdarəedilməsi, Ödənişlər, Maliyyə, İT İnkişafı Departamentiləri, İnformasiya Təhlükəsizliyi departamentlərində uğurlu təcrübə keçdilər və gələcək karyera yolunda seçim etmək imkanı qazandılar.
Yalnız xanımlar üçün təşkil edilən "Future BankHers" proqramında iştirak edən təcrübəçi xanımların bəzilərinə AccessBank-da işlə təmin olunmaq təklifləri də edilib.
"Future BankHers" proqramının bağlanış mərasiminin məhz bu gün keçirilməsi təsadüfi deyil. Tədbirin 8 mart – Beynəlxalq qadınlar günü ərəfəsində keçirilməsi fürsətindən istifadə edərək, hər birinizi təbrik edirəm, ümid edirəm ki, "Future BankHers" proqramı gələcək karyeranızı məhz bank sahəsində qurmaq planlarınıza əlavə təkan oldu. Sizi bizim sıralarımızda görməkdən məmnun olarıq",- AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri mərasimdə çıxış edərək dedi.
AccessBank AccessBank / banker.az

Banklar     Tarix: 07 mart 2024

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri