"AccessBank" ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı
"AccessBank" QSC 2026-cı ilin ilk rübünü 13 mln. manat xalis mənfəətlə başa vurmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 29% artırıb. Bankın bölüşdürülməmiş mənfəəti isə 110.15 mln. manata yüksələrək ilin əvvəlinə nisbətən 13% artıb.
Banker.az xəbər verir ki, bankın gəlirləri artım nümayiş etdirib. Faiz gəlirləri illik müqayisədə 17.76% artaraq 69.46 mln. manata çatıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlərdən əldə olunan gəlirlərin 16.91% yüksəlməsi ilə bağlı olub. Qeyri-faiz gəlirləri də 23.90% artaraq 4.43 mln. manat təşkil edib.
Faiz xərcləri 24.71% artaraq 28.42 mln. manata, qeyri-faiz xərcləri isə 9.4% artaraq 25.54 mln. manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 13.37% artaraq 41.03 mln. manat olub. Mənfəət vergisindən əvvəlki mənfəət isə 30.01% artaraq 16.24 mln. manat təşkil edib.
Bankın aktivləri ilin əvvəlindən cüzi artaraq 1 mlrd. 771.87 mln. manata yüksəlib. Kredit portfeli 0.50% artaraq 1 341.30 mln. manat olub.
Müştəri depozitləri ilin əvvəlinə nisbətən 3.17% azalaraq 1 mlrd. 96.54 mln. manata düşüb. Bu azalma əsasən hüquqi şəxslərin depozitlərinin 20.08% azalması ilə bağlı olub, fiziki şəxslərin depozitləri isə 1.37% artıb.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt