AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2026-cı ilin 1-ci rübün nəticələrinə görə 13 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2025-ci ilin 1-ci rübündə 10 milyon manat təşkil etmişdi. 2026-cı ilin 1-ci rüb ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5.9% və ya 13.8 milyon artaraq 248.2 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 5.0 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
-  Kredit portfeli 13.1% və ya 155.1 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 milyard 341.3 milyon manat təşkil edib.
-  Kredit portfelinin 76.0%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1 milyard 19.5 milyon manatdır.  
-  Depozit portfeli 3.4% və ya 36.4 milyon manat artıb və hesabat dövrün sonuna 1 096.5 milyon manat təşkil edib.
-  Eyni zamanda, AccessBank cari ilin 1-ci rübündə beynəlxalq nüfuzlu xarici kreditorlardan 46.8 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.
-  Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
-  Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% artaraq 69.5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4.8 milyon artaraq 41.0 milyon manat təşkil edir.
- Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4.4 milyon manat olub.
-  Nəticədə, Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci rübündə 19.9 milyon manata çatıb.
-  Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 88.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.9 dəfə yüksəkdir. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandıAccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandıAccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı/ marja.az

Banklar     Tarix: 14 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti