AccessBank kiçik bizneslərə dəstək üçün $10 milyonluq kredit müqaviləsi imzaladı

AccessBank kiçik bizneslərə dəstək üçün milyonluq kredit müqaviləsi imzaladıAzərbaycanda sahibkarlığın dinamik inkişafına dəstək siyasətinə istiqamətlənən AccessBank, fəxrlə, yeni kredit müqaviləsinin imzalandığını elan edir. Mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan bank, İsveçrəli BlueOrchard Finance tərəfindən idarə olunan, BlueOrchard Microfinance Fund – nüfuzlu beynəlxalq maliyyə tərəfdaşından vəsaitlərin cəlb edilməsi prosesini uğurla başa çatdırıb. 
AccessBank-ın, – mikrokreditlərin maliyyələşdirilməsi məqsədi ilə BlueOrchard Microfinance Fund tərəfindən cəlb etdiyi kreditin məbləği 10 mln ABŞ dolları, müddəti isə 3 ildir.  Yeni kredit sazişi, AccessBank-a kiçik və orta biznes kreditləri portfelinin inkişafı, eləcə də, Azərbaycanda sahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq. 
"BlueOrchard BlueOrchard Microfinance Fund-dan cəlb edilən kredit, qlobal maliyyə ictimaiyyəti tərəfindən bankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığını vurğulayır.  BlueOrchard-dan olan həmkarlarımıza göstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinə nəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim", – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
"Maliyyə əlçatanlığının təmin edilməsi  və MKOB-ların dəstəklənməsi fəaliyyətinə  dəstək məqsədi ilə, AccessBank ilə  yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq.  Birgə səylərimizlə Azərbaycan xalqına müsbət töhfələr verəcəyimizə ümid edirik", – bunu  BlueOrchard-in Baş kredit direktoru Normunds Mizis deyib. 
BlueOrchard sosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. Sosial dəyişikliklər üzrə yenilikçi investor olmaqla, şirkət icmalar və ətraf mühit üçün davamlı müsbət təsir yaratmağa çalışır. BlueOrchard 2001-ci ildə BMT-nin təşəbbüsü ilə mikromaliyyə investisiyaları üzrə dünyada ilk kommersiya meneceri kimi təsis edilb. Bu gün BlueOrchard inkişaf etməkdə olan maliyyə bazarlarında milyonlarla sahibkarı investorlarla birləşdirərək, bütün aktiv sinifləri üzrə investisiya həlləri təklif edir. BlueOrchard indiyədək 105-dən çox ölkəyə 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. 2022-ci ilin dekabr ayından etibarən inkişaf etməkdə olan və sərhəd maliyyə bazarlarında aşağı gəlirli 280 milyondan çox insan BlueOrchard-ın dəstəyi ilə maliyyə və əlaqəli xidmətlərə çıxış əldə edib. BlueOrchard Schroders Group-un üzvüdür. Əlavə məlumat üçün www.blueorchard.com internet səhifəsinə daxil olun.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 27 dekabr 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne