AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib

AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib®Sizin yerli Avropa bankınız – AccessBank, qadın sahibkarlığını dəstəkləmək və biznesdə qarşılaşdıqları maneələri aradan qaldırmaq məqsədilə Access2Success layihəsinə üçüncü dəfə start verdiyini elan edir. Layihə biznesin qurulması və inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılmasına, qadınlarda liderlik və peşəkar bacarıqların gücləndirilməsinə yönəlib. Access2Success layihəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilir.
Bu il layihəyə qatılmaq üçün 300-ə yaxın qadın müraciət edib və müəyyən olunan meyarlara əsasən 60 sahibkar seçilib. Layihə çərçivəsində iştirakçılara biznes idarəçiliyi sahəsində bilikləri dərinləşdirmək, liderlik keyfiyyətlərini artırmaq, satış sahəsində peşəkar bacarıqları genişləndirmək, eləcə də uğurlu biznes qurmaq üçün hüquq və marketinq aspektləri barədə məlumat əldə etmək imkanı yaradılacaq. Bütün bu biliklər geniş təcrübəyə malik peşəkar təlimçilər tərəfindən təqdim ediləcək.
Layihənin əsas məqsədi qadın sahibkarların qarşılaşdığı maliyyə resurslarına çıxış, biznes təhsili və peşəkar inkişaf üçün məhdud imkanlar kimi maneələri aradan qaldırmağa dəstək olmaqdır. Proqram həmçinin iştirakçıları uğur qazanmaq üçün lazım olan resurs və biliklərlə təmin etmək, eləcə də güclü qadın-sahibkar cəmiyyətinin yaradılmasına yönəlib.
"Access2Success layihəsi və onu artıq üçüncü dəfə həyata keçirməyimizlə qürur duyuruq. Bizim məqsədimiz Azərbaycanda qadın sahibkarlığına dəstək verməyə davam etmək və ölkəmizdə biznesin inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Biz əminik ki, Access2Success layihəsi güclü sahibkarlıq mühitinin yaradılması və ölkənin iqtisadi inkişafının stimullaşdırılması istiqamətində mühüm bir addımdır", – bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib:
"Qadın sahibkarlığının inkişafı AYİB-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində prioritet olaraq dəstəklədiyi bir neçə sahədən biridir. Ölkədə mövcud olan sahibkarlıq subyektlərinin təxminən 23% xanımlara məxsus olduğunu nəzərə alsaq, qadın sahibkarlığının ölkə iqtisadiyyatında payının artırılması sahəsində çox böyük imkanlar var. Bununla da, qadın sahibkarların zəruri məsləhət və maliyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində AYİB həm birbaşa, həm də yerli tərəfdaş banklar vasitəsilə məqsədyönlü fəaliyyətini davam etdirir", – bunu AYİB-nın Azərbaycandakı Kiçik Bizneslər üçün Məsləhət Proqramının rəhbəri Samir Həmidov bildirib. 
İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start veribAccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start veribAccessBank qadın sahibkarlığını dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verib/ banker.az

Banklar     Tarix: 13 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya