AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər

AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər®AccessBank Azərbaycanda süni intellektin (AI) tətbiq sahələrinin dinamik genişlənməsini və müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya olan tələbatın sürətlə artmasını nəzərə alaraq, süni intellekt sahəsində ixtisaslaşmış Neurotime şirkəti ilə Anlaşma Memorandumunun imzalandığını elan edir. Bu əməkdaşlıq ölkədə AI ekosisteminin inkişafına dəstək vermək və bu sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər süni intellekt üzrə müasir bilik və praktiki bacarıqların formalaşdırılması üçün birgə tədris proqramlarının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Proqramların məqsədi əmək bazarında artan tələbatı qarşılamaq, gənclər və mütəxəssislər üçün AI yönümlü yeni imkanlar yaratmaq, həmçinin ölkənin rəqəmsal inkişaf strategiyasına töhfə verməkdir.
Əməkdaşlığa əsasən, AccessBank tərəfindən təyin olunmuş təlimçilər "AI ilə Dizayn" istiqaməti üzrə tədris prosesini aparacaq, bu sahədə generativ dizayn prinsipləri, AI-assisted kreativlik, vizual kontent yaradılmasında alqoritmik yanaşmalar kimi mövzulara fokuslanacaqlar. Neurotime mütəxəssisləri isə həm "Data Mühəndisliyi və Generative AI", həm də "Generative AI ilə Next-Gen Frontend" proqramlarını həyata keçirəcək. "Data Mühəndisliyi və Generative AI" moduluna Python və Data Engineering əsasları, SQL və NoSQL, konteynerləşdirmə, mesajlaşma sistemləri, izləmə və monitorinq, həmçinin generativ AI texnologiyalarının real biznes tətbiqləri daxildir. "Frontend + AI" kursu isə qabaqcıl frontend texnologiyaları və AI inteqrasiyası, interaktiv istifadəçi interfeyslərinin yaradılması və vizual AI modellərinin tətbiqi üzrə təcrübə təmin edəcək.
Təlim prosesi AccessBank-ın Baş Ofisində əyani formatda təşkil olunacaq. İştirakçıların seçimi, qeydiyyatı və qiymətləndirilməsi isə Neurotime tərəfindən aparılacaq. Memorandum həmçinin AccessBank əməkdaşlarına təlim sessiyalarında ödənişsiz iştirak imkanı yaradır ki, bu da Bankın öz daxili insan kapitalının inkişafına verdiyi dəyərin bariz göstəricisidir.
"Biz hesab edirik ki, bu tədris təşəbbüsü yalnız İT sahəsində deyil, biznesin digər istiqamətlərində də real tətbiq imkanları yaradacaq. Süni intellekt müxtəlif biznes proseslərinin məhsuldarlığını artırmağa, analitikanı gücləndirməyə və əməliyyat qərarlarını daha dəqiq etməyə imkan verir. Yerli mütəxəssislərin AccessBank komandası ilə birlikdə çalışaraq AI həllərinin bank və biznes mühitinə tətbiq imkanlarını öyrənməsi dəyərli nəticələr verəcək",  – deyə AccessBank İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
"Biz inanırıq ki, AccessBank ilə qurduğumuz bu əməkdaşlıq insan kapitalına yönəlmiş ən güclü və dəyərli investisiyadır. Süni intellekt artıq dünyanın bir çox ölkəsində gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz Azərbaycanda bizneslərin fəaliyyətinə dəstək olmaq, onların rəqəmsal transformasiya prosesini sürətləndirməkdir. Bu Memorandum isə həm iştirakçılar, həm də AccessBank əməkdaşları üçün yeni texnoloji bacarıqlar qazanmaq, süni intellektin praktiki tətbiqlərini öyrənmək və peşəkar inkişafı gücləndirmək üçün əla imkandır", – deyə Neurotime şirkətinin direktoru Vüqar Cavadov bildirib.
AccessBank və Neurotime arasında imzalanan bu Memorandum ölkədə süni intellekt sahəsinin inkişafına, rəqəmsal bacarıqların artırılmasına və innovativ düşüncə tərzinin təşviqinə mühüm töhfə verəcək.
Neurotime Azərbaycanın süni intellekt sahəsində öncül şirkətlərindən biri olaraq, 2021-ci ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət özünün AI əsaslı məhsulları ilə, xüsusən Marketinq Workflow-ları və digər innovativ həllərlə tanınır, müəssisələrə iş proseslərini optimallaşdırmaq, qərar qəbuletmə prosesini sürətləndirmək və rəqəmsal transformasiyanı dəstəkləmək imkanı verir. Neurotime ölkədə süni intellekt texnologiyalarının inkişafına töhfə verməklə yanaşı, innovativ düşüncə tərzinin təşviqinə də xüsusi önəm verir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilərAccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər/ banker.az

Banklar     Tarix: 26 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu