"AccessBank"ın biznes kreditləri portfeli kəskin böyüyüb
2024-cü ildə "AccessBank" QSC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 137 milyon 785 min manat artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 151 milyon 550 min manata çatıb. "AccessBank" 31 dekabr 2023-cü il tarixində 1 milyard 13 milyon 765 cəmi kredit portfelinə malik idi.
Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.
O cümlədən, ötən il "AccessBank"ın biznes kreditləri portfeli 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata, istehlak kreditləri portfeli 11 milyon 605 min manat artaraq 239 milyon 142 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 345 min manat artaraq 10 milyon 528 min manata çatıb.
Qeyd edək ki, ötən il "AccessBank" ölkəmizdə reallaşdırılan bir sıra "yaşıl" enerji istehsalı layihələrinin maliyyələşdirilməsində iştirak edib.
Qeyd edək ki, "AccessBank" 2024-cü ili 54 milyon 62 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 39 milyon 838 min manat xalis mənfəət ilə bağalmışdı.
Həmçinin oxu
"AccessBank"ın biznes kreditləri portfeli 122 milyon manata yaxın artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ



"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10