"Accessbank"ın İdarə Heyətinə təyinat olub
"Accessbank" QSC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə David Alimbaraşvili İdarə Heyətinə üzv təyin olunub.
David Alimbaraşvili əsasən bankın strateji layihələrinə, innovasiyalar və risklərin idarəedilməsi üzrə məsələlərə cavabdehdir.
Alimbaraşvilinin sonuncu iş yeri Cənubi Kiprdəki "Equfin Holdings" olub. O, 2018-ci ilin avqustundan 2023-cü ilin mayına qədər holdinqin baş əməliyyat inzibatçısı vəzifəsini icra edib. Ondan əvvəl isə 2010-cu ilin martından 2018-ci ilin avqustuna qədər Gürcüstanda fəaliyyətdə olan "Liberty Bank"ın İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
Bununla da "Accessbank"ın İdarə Heyəti bir sədr və 4 üzvdən ibarətdir.
"Accessbank"ın İdarə Heyətinin sədri:
Tsiklauri Davit Anzor
"Accessbank"ın İdarə Heyətinin üzvləri:
Orxan İsmayılov Vilayət oğlu
İlkin Quliyev Adik oğlu
Renat Hümbətov Mikayıl oğlu
David Alimbaraşvili

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları