"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib
Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatla müqayisədə 27% və ya 9,62 milyon manat çoxdur.
Banker.az bankın 2026-cı ilin üçüncü rübünün yekunları üzrə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın vergidən əvvəlki mənfəəti 31,1% artaraq 56,56 milyon manata çatıb. Mənfəət vergisi xərci isə 50,5% artaraq 11,31 milyon manat təşkil edib.
İlin ilk doqquz ayında "AccessBank"ın faiz gəlirləri illik müqayisədə 15,5% artaraq 216,07 milyon manata yüksəlib. Bunun 205,4 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilib. Kreditlər üzrə faiz gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 14,9% artıb və ümumi faiz gəlirlərinin 95,1%-ni formalaşdırıb.
Banklar və digər maliyyə institutlarına verilmiş kreditlərdən gəlirlər 53,7% artaraq 5 milyon manata, həmin təşkilatlardakı depozitlərdən faiz gəlirləri isə 35,1% artaraq 2,83 milyon manata çatıb. Qiymətli kağızlardan faiz gəlirləri 5,9% azalaraq 2,83 milyon manat olub.
Eyni dövrdə bankın faiz xərcləri 17,5% artaraq 85,71 milyon manat təşkil edib. Bunun 63,54 milyon manatı depozitlər üzrə ödənilən faizlərin payına düşüb. Depozitlər üzrə faiz xərcləri 14,5%, cəlb edilmiş kreditlər üzrə faiz xərcləri isə 27,2% artaraq müvafiq olaraq 63,54 milyon və 21,23 milyon manata yüksəlib.
Nəticədə bankın xalis faiz gəliri 14,2% artaraq 130,37 milyon manata çatıb.
Bankın qeyri-faiz gəlirləri illik müqayisədə 4,1% azalaraq 12,71 milyon manat olub. Haqq və komissiya gəlirləri 0,5% azalaraq 12,8 milyon manat təşkil edib. Xarici valyuta əməliyyatları üzrə 415 min manat zərər qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 714 min manat zərər idi.
Qeyri-faiz xərcləri isə 9,2% artaraq 79,5 milyon manata çatıb. Əməkhaqqı və digər kompensasiyalara 44,52 milyon manat xərclənib ki, bu da ötən illə müqayisədə 17,2% çoxdur. Ümumi və inzibati xərclər 11,4% artaraq 19,14 milyon manat, amortizasiya xərcləri isə 22,6% azalaraq 4,81 milyon manat təşkil edib.
Bankın mümkün zərərlər üçün ayırdığı məqsədli ehtiyat xərci 11,54 milyon manatdan 7,02 milyon manata enib. Bu, illik müqayisədə 39,2% azalma deməkdir.
AKTİVLƏT 2 MLRD. MANATA ÇATIR
2026-cı il sentyabrın 30-na "AccessBank"ın aktivləri ilin əvvəli ilə müqayisədə 6,4% və ya 113,31 milyon manat artaraq 1 milyard 883,68 milyon manata yüksəlib.
Bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 6,6% artaraq 1 milyard 421,63 milyon manata çatıb. Kredit portfelinin 1 milyard 74,04 milyon manatı biznes kreditlərinin payına düşüb. Bu istiqamətdə kreditlər ilin əvvəlindən 5% artıb.
İstehlak kreditləri 9% artaraq 315,21 milyon manata, daşınmaz əmlak kreditləri isə 46,1% artaraq 32,38 milyon manata yüksəlib. Kreditlər üzrə yaradılmış ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 1 milyard 360,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəlindən 6,6% çoxdur.
Bankın nağd pul vəsaitləri və onların ekvivalentləri 55,6% artaraq 215 milyon manata, ticarət və investisiya qiymətli kağızları portfeli isə 2,4 dəfə artaraq 102,33 milyon manata çatıb. Bunun əksinə, banklar və digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər 49,1% azalaraq 119,07 milyon manata düşüb.
Depozitlər 40 milyon manat azalıb
"AccessBank"ın depozit portfeli ilin əvvəli ilə müqayisədə 3,6% və ya 40,37 milyon manat azalaraq 1 milyard 92,01 milyon manat təşkil edib.
Fiziki şəxslərin depozitləri 0,5% artaraq 897,72 milyon manata yüksəlsə də, hüquqi şəxslərin depozitləri 18,8% azalaraq 194,3 milyon manata enib. Beləliklə, bankın depozit portfelində fiziki şəxslərin payı 82,2% təşkil edib.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə ilin əvvəlindən 40,1% və ya 134,58 milyon manat artaraq 470,02 milyon manata yüksəlib.
Sentyabrın sonuna bankın cəmi öhdəlikləri 7% artaraq 1 milyard 644,96 milyon manat, balans kapitalı isə 2,6% artaraq 238,72 milyon manat olub.
Bankın tənzimləyici məcmu kapitalı 239,4 milyon manat, məcmu kapitalın adekvatlıq əmsalı 15,83%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10,75% təşkil edib.
Əməliyyat fəaliyyətindən 22,4 milyon manat xalis pul çıxışı qeydə alınıb
Bankın pul vəsaitlərinin hərəkəti haqqında hesabatına əsasən, yanvar-sentyabr aylarında əməliyyat fəaliyyətindən xalis pul çıxışı 22,36 milyon manat olub. İnvestisiya fəaliyyətinə yönəldilən xalis vəsait 65,12 milyon manat, maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis vəsait isə 92,36 milyon manat təşkil edib. Dövrün sonunda pul vəsaitləri və onların ekvivalentləri 295 milyon manata çatıb.
"Bank Respublika" ilə birləşir
Xatırladaq ki, 2026-cı il sentyabrın 11-də "Bank Respublika" ASC və "AccessBank" QSC-nin səhmdarları bankların birləşdirilməsini nəzərdə tutan strateji sövdələşmənin əsas şərtlərini təsdiqləyiblər.
Razılaşmaya əsasən, "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni əldə edəcək. Bunun müqabilində "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25%-ni təşkil edən yeni imtiyazlı səhmlərə sahib olacaqlar.
"Bank Respublika"nın sentyabrda açıqladığı məlumata görə, səhmlərin alınması üzrə əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Satınalma başa çatdıqdan sonra banklar ilkin mərhələdə ayrı-ayrı fəaliyyətlərini davam etdirəcəklər. Sonrakı mərhələdə onların vahid bankda birləşdirilməsi nəzərdə tutulur.
"AccessBank"ın rəsmi məlumatına əsasən, birləşmə prosesinin 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. Sövdələşmənin tamamlanması tənzimləyici orqanların zəruri təsdiqlərindən və digər şərtlərin yerinə yetirilməsindən asılıdır. Hazırkı mərhələdə müştərilərin kredit və depozit müqavilələri, hesabları və gündəlik bank xidmətləri üzrə dəyişiklik nəzərdə tutulmur.
Birləşmə ilə əlaqədar "AccessBank"ın səhmdarlarından olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Asiya İnkişaf Bankı (ADB) da prosesdən sonra bankla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını açıqlayıblar.

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Bitcoin nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?