ACE-nin istismarından 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır

ACE-nin istismarından 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılırXəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platformasının tikintisi layihəsi Xəzər dənizində enerji təhlükəsizliyinin təmin olunmasına öz töhvəsini verəcək.
Bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı "BP-Azərbaijan"ın maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bildirib.
Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər davam etdirilir və platformadan neftin hasilatının gələn il başlanılacağı planlaşdırılır.
Kolin Alan onu da xatırladıb ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənilməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir.
Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9.57%, "Inpex" – 9.31%, "Equinor" (keçmiş "Statoil") – 7.27%, "ExxonMobil" – 6.79%, TPAO – 5.73%, "Itochu" – 3.65% və "ONGC Videsh Ltd." (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. / banker.az

Xəbərlər     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler dollar kursu pul qazanmaq bitkoin biznes ideyalari