ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb

ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb2025-ci ildə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanı da əhatə edən bir sıra regional texniki yardım layihələrinə 39,38 mln. ABŞ dolları vəsait ayrılıb.
Layihələr əsasən yaşıl enerji və enerji ötürülməsi, iqlim fəaliyyəti, dayanıqlı maliyyələşdirmə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və dəmir yolu sektorunun rəqəmsallaşdırılması, istilik təchizatı sektorunun dekarbonizasiyası, şəhər inkişafı, əmək bazarı və dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması istiqamətlərini əhatə edib.
Bu çərçivədə "Sektor əməliyyatları vasitəsilə iqlim fəaliyyətinin, innovasiyanın və özəl sektorun inkişafının sürətləndirilməsi" regional texniki yardım layihəsinin büdcəsi 14,8 mln. ABŞ dolları təşkil edir. Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı və digər layihələrin hazırlanması üzrə əməliyyat məsləhət xidmətləri layihəsinə 5 mln. ABŞ dolları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi layihəsinə 3 mln. ABŞ dolları, innovativ maliyyələşdirmə üsullarının tətbiqi üçün suveren institutların imkanlarının artırılması proqramına 3,12 mln. ABŞ dolları, şəhərlərdə yaşıl və dayanıqlı inkişaf layihəsinə 2,1 mln. ABŞ dolları, gender əsaslı zorakılığa cavab mexanizmlərinin gücləndirilməsi layihəsinə isə 2 mln. ABŞ dolları ayrılıb.
Digər texniki yardım layihələri çərçivəsində də enerji əməkdaşlığı, xarici valyuta ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri, Bakı Metropoliteninin genişləndirilməsi, Bakı yaşıl dəhlizi, dəmir yolu sektorunun rəqəmsallaşdırılması və dövlət borcunun idarə olunması üzrə təşəbbüslərə maliyyə dəstəyi göstərilib. / banker.az

Banklar     Tarix: 25 mart 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq