AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub

AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurubGüclü artım. Etibarlı kapital. Artan müştəri etimadı.
Azərbaycanın aparıcı özəl banklarından biri olan AFB Bank 2026-cı ilin birinci rübündə güclü maliyyə nəticələri nümayiş etdirib. Bankın ümumi aktivləri 482 milyon manata çatıb ki, bu da həm dayanıqlı inkişaf strategiyasının uğurla icra olunduğunu, həm də müştəri etimadının davamlı şəkildə artdığını göstərir.
Aktivlərdə rekord artım.
2026-cı ilin birinci rübünün yekunlarına əsasən, AFB Bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 13,9% artaraq 482 milyon manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 60,8% təşkil edib. Bu dinamika, Bankın son bir ildə ölçüsünün əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir.
Aktivlərin artımı Bankın maliyyə potensialının güclənməsinin əsas göstəricilərindən biridir. Bu isə öz növbəsində daha çox kreditləşmə, daha geniş maliyyə xidmətləri və real iqtisadiyyata daha böyük töhfə deməkdir.
Kredit portfeli 334 milyon manata çatıb.
Bankın kredit portfeli 334 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 11%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 78,6% artıb.
Kredit portfelinin ümumi aktivlərdə payı 69,3% səviyyəsindədir. Bu göstərici AFB Bankın resurslarının əhəmiyyətli hissəsinin birbaşa müştərilərin, o cümlədən fiziki şəxslərin, korporativ müştərilərin, həmçinin mikro, kiçik və orta bizneslərin maliyyələşdirilməsinə yönəldiyini təsdiq edir.
Əmanətlərdə yüksək artım.
AFB Bankda yerləşdirilən müştəri vəsaitlərinin həcmi 274 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 21,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 96% artım deməkdir. Bu dinamika müştərilərin AFB Bankı etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini və vəsaitlərini Bankda uzunmüddətli saxlamağa üstünlük verdiyini göstərir.
Gəlirlər və əməliyyat dayanıqlığı.
2026-cı ilin ilk rübündə Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 96% artaraq 11 milyon manat, qeyri-faiz gəlirləri isə 12% artaraq 2,36 milyon manat təşkil edib. Gəlirlərin artımı Bankın yenilənmiş biznes modelinin effektiv çalışdığının bariz nümunəsidir.
Hesabat dövründə AFB Bankın 2025-2029 Strategiyasına uyğun olaraq insan kapitalı, risklərin idarə edilməsi, rəqəmsal həllər və digər istiqamətlərə investisiyalarını davam etdirilmişdir və bununla da qeyri-faiz xərcləri 7,86 milyon manat təşkil etmişdir. Nəticədə Bank birinci rübü 1,13 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
Bankın qeyri-işlək aktivlərinin payı keçən il ərzində 4.1 faiz bəndi azalmışdır.
Güclü kapital mövqeyi.
AFB Bank kapital dayanıqlığını da yüksək səviyyədə qoruyub saxlayır. Bankın kapital adekvatlığı göstəriciləri müəyyən edilmiş minimum tələbləri əhəmiyyətli dərəcədə üstələyir:
I dərəcəli kapital adekvatlığı — 20,6%
Məcmu kapital adekvatlığı — 21,7%
Bu göstəricilər Mərkəzi Bankın tənzimləyici normativlərindən xeyli yüksək olmaqla, böyük kapital buferinə malik olduğunu və mümkün maliyyə şoklarına qarşı dayanıqlı mövqe sərgilədiyini göstərir.
AFB Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib:
"2026-cı ilin birinci rübündə əldə etdiyimiz nəticələr Bankın davamlı böyümə strategiyasının real nəticələrini əks etdirir. Xüsusilə, əmanətlərin artımı bizim üçün böyük əhəmiyyət daşıyır. Bu, AFB Banka göstərilən etimadın ən mühüm göstəricilərindən biridir."
AFB Bank Azərbaycanın aparıcı özəl banklarından biridir. Bankın inkişaf strategiyasının mərkəzində müştəri məmnuniyyəti, əlçatan maliyyə həlləri və rəqəmsal innovasiya dayanır. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi, 1545 qısa nömrəli məlumat mərkəzi və başdan-başa rəqəmsal həlləri vasitəsilə artan geniş müştəri kütləsinə xidmət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində daha müasir, rahat və sərfəli maliyyə həllərinin təqdim edilməsi əsas prioritetlərdəndir. / banker.az

Banklar     Tarix: 15 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti